BAKI, 15 fevral — Sputnik. Məşhur azərbaycanlı kikboksçu Zabit Səmədov növbəti döyüşünü bu ilin aprel ayında Bakıda keçirəcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumatı Səmədov öz "Facebook" səhifəsində paylaşıb.
Çeçenistanın "Axmat" klubunu təmsil edən Zabit Səmədovun iştirak edəcəyi görüş "Mixfight Championship" turniri çərçivəsində baş tutacaq. Döyüş Heydər Əliyev adına idman-konsert kompleksində keçiriləcək. Zabit Səmədovun rəqibi isə Böyük Britaniyadan olan idmançı Ceyms Maksvini olacaq.
Посмотреть эту публикацию в Instagram
Səmədov vurğulayıb ki, o, çox gərgin məşqlər keçirir.
"Dostlar! Mən "Axmat" klubu və Vətənimin, Azərbaycanın şərəfini qoruyacağam. Qarşıda iki ay çəkəcək intensiv və yorucu məşqlər gözləyir. Səbirsizliklə bu döyüşü gözləyirəm", - deyə Səmədov yazıb.