Yer kürəsi yaxınlığından asteroid keçdi

© Handout / European Southern Observatory / AFPАстероид, фото из архива
Астероид, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"2020 BX12" asteroidi bir də 2022-ci ildə Yer kürəsinə yaxınlaşacaq. O zaman kosmonavtlar onu dərindən öyrənə biləcəklər

BAKI, 15 fevral — Sputnik. Yanvarın sonlarında Yer kürəsi yaxınlığından özünəməxsus peyki olan qeyri-adi asteroid keçib. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, onun orbiti bizim planetdən 4,3 milyon kilometr uzaqlıqda olub.

Asteroid, arxiv şəkli - Sputnik Azərbaycan
Yerə asteroid “ordusu” yaxınlaşır – Bu gün biri uçacaq

"2020 BX12" adlanan göy cismi Havayda Mauna-Kea teleskopunun köməyi ilə aşkar edilib. O, 2,02 ilə Günəş ətrafına bir dövrə vurur.

Araşdırmalarla asteroidin diametrinin 165 metr olduğu müəyyən edilib. Onu ətrafında 70 metr enində kiçik cismin dövrə vurduğu məlum olub. Onlar arasında olan məsafə 360 metrdən çox olmayıb. Peyk 40-50 saata bir dövrə vurur.

"2020 BX12" asteroidi bir də 2022-ci ildə Yer kürəsinə yaxınlaşacaq. O zaman kosmonavtlar onu dərindən öyrənə biləcəklər.

Rəsmi məlumatlara görə, Yer yaxınlığında 8 min böyük asteroid hərəkət edir. Əslində isə onların sayı bir neçə milyon ola bilər.

Xəbər lenti
0