CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Turizm sektorunda yeni era – Hər şeyi bir mərkəzdə cəmləmək istəyirlər

© Sputnik / Murad OrujovТуристы в сувенирном магазине в Баку
Туристы в сувенирном магазине в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Mütəxəssislərin fikrincə, reyestrin yaradılması müşahidə edilən turizm dələduzluğunun qarşısını almağa kömək edəcək. Eyni zamanda turistlərə göstərilən xidmətin səviyyəsini artıracaq

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 15 fevral — Sputnik. Artıq bir müddətdir ki, Azərbaycanda turizm reyestrinin yaradılması məsələsi gündəmdədir.

Abşeron Milli Parkının ərazisi - Sputnik Azərbaycan
Ölkəyə turist cəlb etmək üçün daha bir addım atılıb
 Bu günlərdə isə yeni qurulan turizm reyestrinə bu sahədə fəaliyyət göstərən şəxs və müəssisələrin qoşulmasının icbari olması barədə məlumat yayılıb. Dövlət Turizm Agentliyindən verilən məlumata görə, hətta bu yenilik ''Turizm haqqında qanun''da da öz əksini tapacaq.

Sputnik Azərbaycan turizm reyestrinə bu sahədə fəaliyyət göstərən şəxs və müəssisələrin qoşulmasının icbariliyinin turizm sektoruna təsirini araşdırıb.

Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Məhəmməd Muradov açıqlamasında bildirib ki, turizm reyestri əsasən üç komponenti əhatə edir: “Bu, turizm sahəsində işləyən biznes subyektləri haqqında məlumatların əks olunduğu bir informasiya bazası olacaq. Bundan əlavə, bu reyestr turizm resursları, turizm məhsulları barəsində məlumatların olduğu bir baza rolunu oynayacaq. Bunlarla yanaşı, turizm sənayesi ilə bağlı bir çox statistik məlumatlar da reyestrdə öz əksini tapacaq. Reyestrin bir istiqaməti isə bazarda turizm subyektlərini təşviq etməkdir. Turizm reyestri Agentliyin əlində turizm subyektlərinin fəaliyyətini tənzimləyən, eyni zamanda təşviq edən bir mexanizm olacaq”.

Dilimiz uzundur, "dilçəyi" tikməyə başlayıblar: turistlərə möhtəşəm vəd - FOTO

Turizm reyestrinin icbarilik məsələsinə gəldikdə isə M.Muradov bildirib ki, hələlik turizm reyestrinin yaradılması üçün tender elan edilib. Qalib gələn şirkət bu sistemin proqram təminatını yaradacaq: “Turizm reyestrinin fəaliyyəti ümumilikdə Nazirlər Kabinetinin təsdiq etdiyi qaydalarla tənzimlənəcək. Əgər yeni Turizm Qanunu qəbul olunsa, turizm reyestrində hotellərin, səyahət agentliklərinin və tur operatorların, bələdçilərin qeydiyyatı icbari olmalıdır. Bununla əlaqədar hazırlanaraq NK-a təqdim edilmiş qanun layihəsində də bu məsələlər öz əksini tapıb. Əsasən üç subyektin qeydiyyatının turizm reyestrində icbari qaydada aparılması icbari olacaqdır. Üç vacib subyekt üzrə uçotunun icbariləşməsi bizə imkan verəcək ki, dövlətin sözügedən sənaye subyektlərinə münasibətdə uçotu dürüstləşsin. Turizm sahəsində lisenziya ləğv olunduqdan sonra turizm şirkətlərinin sayı artıb, ancaq eyni zamanda şirkətlərin uçotu çətinləşib. Belə bir mexanizmin işə düşməsi turizm sahəsində uçotu dürüstləşdirəcək. Həmçinin turizm reyestri bazarda xidmət keyfiyyətini təşviq edən bir mexanizm olacaq. Hotellərin turizm reyestrində qeydiyyatdan keçməsi üçün qoyulan şərtlərdən biri də onların ulduzlaşma sertifikatının olması ilə bağlı olacaq. Reyestrə hotel adı altında düşmək istəyənlərin ən azı bir ulduzunun olması şərt kimi qoyulacaq. Əks halda, onlar reyestrdə hotel kimi yox, yerləşdirmə vasitələrinin digər növü, misal üçün, qonaq evi adı altında qeydiyyatdan keçəcəklər. Çünki hotel adlanan subyekt ən azı 11 otaqdan ibarət olmalı, bir ulduz sertifikatına malik olmalıdır. Əks halda, turizm reyestrində yerləşdirmə vasitəsi hotel kimi qeydiyyatdan keçirilməyəcək”.

Agentlik rəsmisi deyir ki, reyestrdə digər icbariliyə tələb bələdçilərlə bağlıdır: “Bələdçilərin də uçotu aparıldıqda onlardan sertifikat tələb olunacaq. Bu yolla daha savadlı bilikli bələdçilər sertifikatlaşdırma kurslarına cəlb olunmaqla  xidmət səviyyəsi yüksələcək. Səyahət agentlikləri və tur agentliklərə münasibətdə, bu sahədə olan istehlakçı hüquqlarının pozulması ilə bağlı, onların təqdim etdiyi xidmətlərin keyfiyyətini artırmaq və keyfiyyətini təmin etmək üçün mülki məsuliyyət sığortası tələb olunacaq. Mülki məsuliyyət sığortasını təqdim etdikdən sonra onlar turizm reyestrinə qeydiyyata düşmüş olacaqlar. Qısası, bu həm tənzimləmə alətidir, həmçinin də xidmətlərin keyfiyyətinin yüksəldilməsi, istehlakçı hüquqlarının qorunmasını təmin etmək üçün bir mexanizm kimi əhəmiyyətli rol oynayacaq”.

M.Muradov bildirir ki, turizm reyestrinin proqram təminatının 6 ay ərzində hazırlanması nəzərdə tutulur.

M.Muradov deyir ki, turizm reyesterinin fəaliyyəti, icbarilik amili turizm sektorunda inzibati maneə olmayacaq: “Çünki əvvəlki lisenziya mexanizmini nəzərdən keçirsək, görərik ki, orada şərtlərdən biri 5 min manat ödənişin edilməsi idi. Müəyyən meyarlar vardı ki, buraya fəaliyyət göstərən şəxslərin turizm sahəsi üzrə təhsilinin olması və sair tələb olunurdu. İndiki halda hotel, səyahət agentliyi açmaq üçün Dövlət Turizm Agentliyindən icazə almaq, hər hansı ödəniş etməyə ehtiyac yoxdur. Bu sahədə xidmət göstərmək üçün biz heç bir əngəl qoymuruq. Bizim yanaşmamız ondan ibarətdir ki, hər bir subyekt bazara daxil ola bilər, lakin bazara daxil olan hər bir subyekt məsuliyyətli olmalıdır. Başqa sözlə, şirkətlər müştərilərə münasibətdə xidmət keyfiyyətinə əməl etməli və onlarla münasibətdə məsuliyyətli olmalıdır”.

Празднование Нового года в Москве - Sputnik Azərbaycan
RUSİYA
Turistlər üçün yaxşı şəhər: əcnəbilər Moskvada nəyi bəyənir və nəyi söyürlər

Mütəxəssislərin fikrincə, reyestrin yaradılması müşahidə edilən turizm dələduzluğunun qarşısını almağa kömək edəcək. Eyni zamanda turistlərə göstərilən xidmətin səviyyəsini artıracaq.

Turizm üzrə mütəxəssis Müzəffər Ağakərimov Sputnik Azərbaycan-a bildirib ki, bir sıra ölkələrdə reyester vasitəsilə şirkətlərin qiymətləndirilməsi işi aparılır: “Bu sahədə beynəlxalq standartlar tələb kimi qoyulur. Beləliklə, sağlam rəqabətlə xidmətin keyfiyyəti artırılır".

M.Ağakərimov deyir ki, son illər, xüsusilə turizm mövsümündə tur operatorlar tərəfindən müştərilərin aldadılması hallarına çox rast gəlinir. Amma bu sahədə reyestr yaradılarsa, eləcə də tur şirkətlərin həmin sistemdə qeydiyyatı icbariləşərsə, bu sahədə fəaliyyət göstərən biznes subyektlərinin işinə nəzarət etmək mümkün olar. Eyni zamanda turizm sektorunda keyfiyyətli xidmətlə bağlı rəqabət yaranar. Bu həm də müştəri məmnunluğuna da səbəb olar.

Qeyd edək ki, turizm reyestrinin qurulması qaydaları yanvarın 24-də Nazirlər Kabineti tərəfindən təsdiq olunub.

Xəbər lenti
0