CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Hərəyə bir su borusu – Ölkədə susuz şəhər qalmayacaq, göstəriş verilib

© pixabay / inkfloВодопровод, фото из архива
Водопровод, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Prezident İlham Əliyevin tapşırığından sonra işlər sürətlənib, "Azərsu" ASC bütün qüvvəsi ilə işə başlayıb

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 15 fevral — Sputnik. "Bu günə qədər ölkəmizin cəmi beş şəhərində içməli su və kanalizasiya layihələri başlamayıb. Yəni bütün qalan şəhərlərdə bu işlər ya tamamlanıb, ya da ki, icradadır. Ona görə bu beş şəhərin içməli su problemi nəzərə alınmalıdır".

Kanalizasiya lyuku - Sputnik Azərbaycan
CƏMİYYƏT
"Azərsu" kanalizasiya quyuları ilə bağlı xəbərdarlıq etdi

Sputnik Azərbaycan xəbər verir ki, bunu bir neçə gün öncə "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib.

O qeyd edib ki, bu ildən bu layihələrin icrasına start verilməlidir: "Əminəm ki, yaxın gələcəkdə ölkəmizdə bir dənə də şəhər olmayacaq ki, 24 saat ərzində Dünya Səhiyyə Təşkilatının standartlarına cavab verən içməli su ilə təmin edilməsin".

"Azərsu" ASC-nin mətbuat katibi Anar Cəbrayıllı Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ötən il Səhmdar Cəmiyyəti tərəfindən bir neçə şəhərdə su və kanalizasiya şəbəkəsinin tikintisi başa çatdırılıb: "Ağdaş, Qəbələ, Daşkəsən, Ağcabədi, eləcə də Şəmkir və Xırdalan şəhərlərində su şəbəkələrinin tikintisi yekunlaşdırılıb. Şəmkir sutəmizləmə qurğusunun da inşası başa çatdırılıb. Artıq həmin qurğu vasitəsilə Gəncə və Şəmkir şəhərlərinə suyun girməsi təmin olunub. Gələcəkdə Samux və ətrafı kəndlərə də su veriləcək".

A.Cəbrayıllı qeyd edib ki, ötən il ərzində Gədəbəy və Lerikdə alternativ mənbələrin yaradılması layihəsi başa çatdırılıb. Şamaxı, Tovuzda və Şəkidə isə bu işlər hələ davam etdirilir.

Qurum ötən il ərzində on iki rayonun 25 kəndində və eyni zamanda Biləsuvar ərazisində Cəbrayıl rayonundan məcburi köçkünlər üçün 5 qəsəbədə suyun verilməsinin yaxşılaşdırılması üçün layihə icra edib. Bu layihələrdən 45 mindən çox vətəndaş faydalanır.

Bakı niyə tez-tez "üzür"? - "Azərsu" sədri aydınlıq gətirdi

Abşeron yarımadasında isə 200-dən çox ünvanda içməli su layihələri həyata keçirilib. 650 km-dən çox içməli su xətləri çəkilib. Beş ünvanda yağış suları layihəsi reallaşdırılıb.

"Bu layihə çərçivəsində 20 kilometrə qədər yağış kollektorları tikilib. Bununla yanaşı, 4 yerdə yeni nasos stansiyası tikilib və biri yenidən qurulub. Ötən il ərzində bir çox layihələr həyata keçirilib", - deyə A.Cəbrayıllı qeyd edib.

Xırdalanməzarlığı  - Sputnik Azərbaycan
CƏMİYYƏT
Su problemi dirilərdən qurtarıb, indi də keçib ölülərə - REPORTAJ

Onun sözlərinə görə, Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində layihələrə başlanılıb. 2020-ci ilin yay aylarına qədər işlərin yekunlaşdırılması gözlənilir. "Ağşəhər" ərazisində isə işlər hələ davam etdirilir.

"Azərsu" ASC bölgələrdə 9 regional laboratoriyaların yaradılması prosesini başa çatdırıb. Eyni zamanda iki yeni elektron xidmət istifadəyə verilib. Bununla da qurumun xidmətlərinin sayı 18-ə çatdırılıb. Şamaxıda yeni yaradılan ASAN mərkəzində "Azərsu" ASC-nin fəaliyyəti təmin edilib.

"Ötən il Qazax və Horadiz şəhərlərində işlərə başlanılıb. Eyni zamanda prezidentin sərəncamına əsasən Yevlax və Neftçala şəhərlərində işlərə başlanması üçün hazırlıqlar görülür. Yəqin ki, yaxın zamanlarda start veriləcək. Cənab Prezidentin tapşırığına əsasən gələcəkdə Balakən və Bərdə şəhərlərində də layihələrin icrasına başlanılacaq", - deyə o bildirib.

Qurumun rəsmisi vurğulayıb ki, 2020-ci ildə Şamaxıda Ağsu çayının mənbəyində və Şəkidə alternativ mənbə layihələri başa çatdırılacaq. Eyni zamanda Beyləqan, Daşkəsən, Ağcabədi şəhərləri və Pirşağı qəsəbəsindəki tullantı sutəmizləyici qurğularının tikintisi yekunlaşdırılacaq. Bakı ətrafı qəsəbələrdə hazırda davam edən layihələrin bu il də davam etdiriləcəyi proqnozlaşdırılır.

"Ümumiyyətlə il ərzində içməli su çatışmazlığı olan qəsəbə və kəndlərdə suyun verilməsi istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi planlaşdırılır", - deyə A.Cəbrayıllı bildirib.

Xəbər lenti
0