CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Çindən çıxarılan azərbaycanlılar Bakıdadırlar

© Sputnik / Murad OrujovСамолет авиакомпании AZAL, фото из архива
Самолет авиакомпании AZAL, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Vətəndaşlarımız iki həftə ərzində karantin keçirdikləri Türkiyədən Ankara – Bakı təyyarəsiylə gəliblər

BAKI, 15 fevral — Sputnik. Çinin Uhan şəhərindən Ankaraya təxliyə olunmuş altı nəfər azərbaycanlı vətənə qayıdıblar.

Сотрудники скорой помощи в Турции в медицинских масках, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
Dəhşətli virusun tüğyan etdiyi şəhərdən çıxan azərbaycanlılarla bağlı yeni xəbər

Sputnik Azərbaycan “Report”a istinadla xəbər verir ki, vətəndaşlarımız iki həftə ərzində karantin keçirdikləri Türkiyədən Ankara – Bakı təyyarəsiylə gəliblər.

Qeyd edək ki, ötən gün Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca Uhandan təxliyə olunmuş şəxslərin karantin müddətinin başa çatdığını, onların heç birində koronavirusun aşkarlanmadığını açıqlamışdı.

Xatırladaq ki, fevralın 1-də koronavirusun yayılma ocağı olan Çinin Uhan şəhərindən Türkiyə ordusuna məxsus təyyarə ilə həmin ölkə vətəndaşları ilə yanaşı əksəriyyəti tələbələr olan altı nəfər Azərbaycan vətəndaşı da təxliyə olunmuşdu.

Xəbər lenti
0