CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təzə tariflər gəlir: İndi gündüz bir, gecə bir qiymət ödəyəcəyik

© Baku Transport AgencyОстановки для такси
Остановки для такси - Sputnik Azərbaycan
Abunə olmaq
Bakıda təxmini olaraq 25 mindən çox qeyri-qanuni fəaliyyət göstərən taksi var. Bizim hesablamalarımıza görə, paytaxt üçün 8500 ədəd taksi fəaliyyəti lazımdır

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 13 fevral — Sputnik. "Taksi fəaliyyəti sahibkarlığa açıq olmalıdır və bu fəaliyyətin sahibkarlığa açıq olması üçün requlyativ tənzimləmələr həyata keçirməliyik. Birinci məsələ taksi fəaliyyəti üzrə tariflərin olması ilə bağlıdır. Bütün dünyada taksilərin gecə və gündüz tarifləri var". 

Еще на 12 улицах Баку созданы стоянки такси - Sputnik Azərbaycan
CƏMİYYƏT
Taksi tariflərinin müəyyənləşəcəyi vaxt açıqlandı
Sputnik Azərbaycan xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) sədri Vüsal Kərimli deyib.

"Bu tariflər sayəsində iqtisadi cəhətdən bunun platforması hazırlanmış olur və taksimetrlər də qoyula bilir. Həmçinin, taksimetrlərdə tətbiqetmələr var ki, bununla onlara nəzarət oluna bilər", – deyə o qeyd edib. BNA sədri bildirib ki, ilin ilk rübü iqtisadi baxımdan əsaslandırılmış tariflər hesablanacaq və aidiyyəti qurumlara göndəriləcək: "Bununla bağlı işlər yəqin ki, ilk 6 ay ərzində tamamlanacaq".

Ekspertlər Sputnik Azərbacan-a açıqlamasında, taksi daşımalarında tariflərin müəyyən edilməsi məsələsindən danışıblar.

Azərbaycan Texniki Universitetinin Avtomobil daşımaları və yol hərəkətinin təşkili kafedrasının dosenti, nəqliyyat eksperti Fərhad Eyyubov deyib ki, şəhərlərdə taksi daşımaları xüsusi elmi əsaslara söykənməlidir: "Burada həm nəqliyyat vasitələrinə, həm də sürücülərə olan tələblər var. Eyni zamanda onların idarəolunması metodları var. Hazırda Bakı şəhərində taksi daşımaları bərbad vəziyyətdədir, onların idarəolunması çətindir".

O bildirib ki, Bakı şəhərində taksi daşımaları üçün bir neçə vacib məsələ var: "Birincisi, taksi daşımaları həyata keçirən sürücülərin bu məsələyə uyğunluğudur. İkincisi, Bakı şəhərində ünvanlaşma məsələsidir. Ünvanlaşma məsələsi həll olunmasa, taksi daşımalarının keyfiyyəti bir az aşağı olacaq. Hələ ki, ünvanlaşma zəif formada həll olunur. Digər tərəfdən, sürücülərə mərkəzləşdirilmiş formada nəzarət yoxdur, burada mərkəzi idarəetmə sistemi olmalıdır".

Bakıda taksi duracaqları ilə bağlı yenilik ediləcək

Ekspert bildirib ki, taksi daşımalarında mütləq tariflər olmalıdır: "Taksi daşımalarında həm yürüş məsafəsinə görə, həm də dayanma vaxtına görə tarif müəyyən olunur. Hər bir qiymət göstərilən xidmətdən, vaxtdan, nəqliyyat vasitəsinin təhlükəsizliyindən, onun standartlarından asılıdır. Elə maşınlar var ki, hazırda həmin standartlara cavab vermir, elələri də var ki, yüksək səviyyədə təmir olunub. Bunların qiymətləri arasında fərq olmalıdır. Ona görə də taksi daşımalarının qiymətləri diferensial olmalıdır. Eyni zamanda, gecə və gündüz daşımalarının qiymətləri arasında fərq olmalıdır".

Такси в Баку, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
“Hərəyə bir taksi” tarixə qovuşur – Daha hər avtomobili olan adam daşımayacaq

"Taksi daşımalarına olan tələbat öyrənilməli, proqnozlaşdırılmalıdır. Tələbatın harada çox olması proqnozlaşdırılmalı və ona uyğun hərəkət edilməlidir. Tələbat azdırsa, deməli qiymət baha olacaq. Tələbat çoxdursa, qiyməti bir az aşağı salmaq olar", – deyə o əlavə edib.

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, bu məsələdə iki yol var: "Birincisi, bazarda real rəqabət şəraiti yaratmaqla taksi xidmətləri göstərən şirkətlər istehlakçılara uyğun qiymətlər təklif etsinlər. İkincisi isə ümumi tarif siyasəti həyata keçirilməklə dövlət tərəfindən tənzimlənsin. Hər iki variantdan istifadə etmək olar. Amma indiki şəraitdə bu sahədə dövlətin iştirakı daha məqsədəuyğundur. Çünki təəssüf ki, bu gün ölkəmizdə bazarda iştirakçıların sayının çox olması və münasib qiymətlərin təklifi üçün o qədər sayda potensial investor yoxdur".

"Əgər bu sahədə dövlət tənzimləməsi olmasa, böyük ehtimalla inhisarçılar bazarda öz şərtlərini diktə edəcək və qiymətlər yüksək olacaq. Bu sahədə qiymətlərin dövlət tərəfindən müəyyən edilməsinə və tənzimlənməsinə ehtiyac var. Azərbaycana böyük turist axını var. Müşahidələr göstərir ki, turistlərin əsas şikayətlərindən biri taksilərin qiymətləri ilə bağlıdır. Ona görə də dövlətin burada iştirakına ehtiyac var", – deyə ekspert əlavə edib.

Qeyd edək ki, BNA sədri Vüsal Kərimlinin sözlərinə görə, taksi fəaliyyətində cəzalandırma və inzibati tənbehetmə mexanizmləri qurulmalıdır: "Bu il bizim müxtəlif dövlət qurumlarının rəhbərlikləri ilə görüşlərimiz olub. Düşünürük ki, bu ilin ilk 6 ayından sonra bu məsələlər hüquqi cəhətdən həll olunacaq. Artıq bizim tərəfimizdən Taksi Yol Xəritəsi yekunlaşır. Bunun dövlət büdcəsinə gəlirləri də hesablanıb. Həmçinin Bakı şəhərinə tələb olunan taksi sayı müəyyən olunub. Bakıda təxmini olaraq 25 mindən çox qeyri-qanuni fəaliyyət göstərən taksi var. Bizim hesablamalarımıza görə, paytaxt üçün 8500 ədəd taksi fəaliyyəti lazımdır. Taksi fəaliyyəti sahibkarlığa istiqamətlənməli, müəyyən çərçivəyə salınmalı və təhlükəsizliyi tam təmin olunmalıdır. Tariflər müəyyən olunduğu zaman taksi sürücülərinin müxtəlif qiymət tətbiqi problemi aradan qalxacaq".

Xəbər lenti
0