Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

İlham Əliyev güləşçiləri təbrik edib

© Sputnik / Sergey Guneev / Mediabanka keçidПрезидент Азербайджана Ильхам Алиев на неформальной встрече лидеров государств Содружества Независимых Государств (СНГ)
Президент Азербайджана Ильхам Алиев на неформальной встрече лидеров государств Содружества Независимых Государств (СНГ) - Sputnik Azərbaycan
Abunə olmaq
“Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”

BAKI, 13 fevral — Sputnik. Azərbaycan Prezidenti İlham Əliyev Avropa çempionatında uğur qazanan güləşçiləri təbrik edib.

Чемпионат Азербайджана по борьбе среди взрослых - Sputnik Azərbaycan
İDMAN
Güləşçilərimizdən 1 qızıl, 2 bürünc medal

Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev “Twitter”də paylaşım edib.

“Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm”, - deyə paylaşımda qeyd olunub.

Xatırladaq ki, Azərbaycan millisi İtaliyanın paytaxtı Romada keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatında ilk dəfə rekord sayda - 6 medal qazanıb. Sənan Süleymanov (77 kq) və Rafiq Hüseynov (82 kq) bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Eldəniz Əzizli (55 kq), Murad Bazarov (60 kq), Ülvü Qənizadə (72 kq) və İslam Abbasov (87 kq) isə üçüncü yeri tutub. Beləliklə, 2 qızıl və 4 bürünc medal qazanan millimiz 116 xal toplayaraq, komanda hesabında Rusiyadan (128) sonra ikinci olub.

Xəbər lenti
0