CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitə oğlunu şişlə yandıran qadın barədə: "Ailə münaqişəlidir"

© pixabay / Myriams-FotosРебенок плачет, фото из архива
Ребенок плачет, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Hal-hazırda müvafiq qurumlar tərəfindən  faktla bağlı cinayət işi başlanılıb və araşdırma davam edir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu hadisəni nəzarətdə saxlayır və adiyyatı üzrə işlər aparılır"

BAKI, 12 fevral — Sputnik. Xəbər verdiyimiz kimi, Tərtər rayonunda Dünyamalıyeva Könül Bəhlul qızının azyaşlı oğlunu şişlə yandırması xəbəri ölkədə rezonansa səbəb oldu. Hadisənin təfərrüatları barədə yayılan ilkin məlumata görə, o, şişi qaz sobasında qızdıraraq azyaşlının bud, çanaq, qol və əlinə basıb. Hadisə ilə bağlı uşağın atası R.Dünyamalıyev hüquq-mühafizə orqanlarına müraciət edib.

Tərtərdə azyaşlının anası tərəfindən işgəncəyə məruz qalması Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən nəzarətə götürülüb.

Bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Sputnik Azərbaycan-a məlumat verilib. Məlumatda deyilir ki, bir neçə xəbər saytlarında  Tərtər rayonu Azadqaraqoyunlu kənd sakini  Dünyamalıyeva Könül Bəhlul qızı tərəfindən oğlu 2011-ci il təvəllüdlü T.Dünyamalızadənin nadinclik etdiyi üçün cəzalandırdırğı və hadisədən xəbər tutan uşağın atası Rafiq Dünyamalıyevin şikayətindən sonra Tərtər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.4-cü (yetkinlik yaşına çatmayan şəxsə qarşı işgəncə vermə) maddəsilə cinayət işi başlanıldığı haqqında məlumat yayılıb.

Ребенок играет на телефоне, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Komitənin keçirdiyi tədbir son günlərin ən qalmaqallı hadisəsinə həsr olunub

Bu hadisə  ilə əlaqədar olaraq, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Tərtər Rayon İcra Hakimiyyətinin  Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyası ilə əlaqə saxlayıb. Eyni zamanda, Dövlət  Komitəsinin  Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin sosial psixoloqu, sosial işçisi, Tərtər RİH-in nümayəndəsi, Qaraqoyunlu kənd ərazi nümayəndəsi  ilə birgə ailəyə səfər edilib, hazırkı vəziyyət üzrə qiymətləndirmələr aparılıb. Məlumat üçün bildiririk ki, ailə münaqişəlidir, Dünyamalıyeva  Könül (ana) və Dünyamalıyev Rafiq (ata) ayrı yaşayırlar.

Səfər zamanı məlum oldu ki, Dünyamalıyeva Könül Laçın rayon sakini Dünyamalıyev Rafiq ilə ailəli olub. Ailə münaqişəsi zəminində himayədarlar arasında yaranan problemlər nəticəsində  qadın  digər azyaşlı övladı ilə anasının himayəsinə sığınıb. Hər iki tərəf bir-birini qarşılıqlı ittiham edir.  Eyni zamanda, nümayəndə heyəti Rafiq Dünyamalıyevin evində səfərdə olub. Hazırda övladının bədənində heç bir işgəncə yeri yoxdur. Uşaq köhnədən olan ləkə izlərinin anası tərəfindən edildiyini söyləyir.

Hal-hazırda müvafiq qurumlar tərəfindən  faktla bağlı cinayət işi başlanılıb və araşdırma davam edir. Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu hadisəni nəzarətdə saxlayır və adiyyatı üzrə işlər aparılır".

Xəbər lenti
0