CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Komitənin keçirdiyi tədbir son günlərin ən qalmaqallı hadisəsinə həsr olunub

© AFP 2024 / DAVID MCNEWРебенок играет на телефоне, фото из архива
Ребенок играет на телефоне, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Tədbirdə ailədaxili münasibətlərin uşaqların tərbiyəsinə təsiri, cəmiyyətdə uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, uşaqların gündəlik həyatda üzləşə biləcəyi xoşagəlməz hadisələrdən müdafiəsi ilə bağlı fikirlər səsləndirilib

BAKI, 10 yanvar — Sputnik. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində uşaq hüquqları ilə bağlı növbəti görüş keçirilib. Dövlət Komitəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, qurum mütəmadi olaraq uşaqların iştirakı ilə onların hüquqlarının müdafiəsi ilə bağlı müzakirələr aparır. Bu məqsədlə yanvarın 9-da uşaqların təşəbbüsü ilə komitədə növbəti tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva müasir dövrdə uşaq hüquqlarının müdafiəsi sahəsində aktual məsələlər barədə uşaqları məlumatlandırıb, ailədaxili münasibətlərin uşaqların tərbiyəsinə təsiri, cəmiyyətdə uşaqlara qarşı zorakılıq hallarının səbəbləri, uşaqların gündəlik həyatda üzləşə biləcəyi xoşagəlməz hadisələrdən müdafiəsi ilə bağlı fikirlər səsləndirib.

Uşaqlar xüsusilə regionlarda uşaqların zorakılıq hallarından müdafiəsi istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsini və nəzarət tədbirlərinin gücləndirilməsini, uşaqların fikirlərinə hörmətlə yanaşılması məqsədilə ailələrlə maarifləndirmə işlərinin aparılmasını, cəmiyyətdə hər bir uşağa qarşı hörmət hissinin aşılanması məqsədilə kütləvi təbliğat kampaniyalarının aparılmasını, uşaqlara qarşı cinayət hadisələrini törədənlərin cəzalandırılması ilə bağlı qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı təkliflərini səsləndiriblər.

Dövlət Komitəsi sədrinin müavini Aynur Sofiyeva uşaqların fikirlərinə və təkliflərinə münasibət bildirərək bu istiqamətdə maarifləndirmə işlərinin aparılması üçün təhsil aldıqları məktəbdə, ictimai həyatda aktiv olmaları barədə tövsiyələrini verib.

Xəbər lenti
0