Vaşinqtondan Rusiya və Çinə nüvə silahları ilə bağlı təklif

CC0 / tpsdave / White HouseБелый дом, фото из архива
Белый дом, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ağ Evin müşaviri qeyd edib ki, Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilənin uzadılması ilə bağlı müzakirələr bağlı qapılar arxasında keçiriləcək

BAKI, 12 fevral — Sputnik. ABŞ nüvə ehtiyatlarının ixtisarını Rusiya və Çinlə "ciddi" şəkildə müzakirə etməyə ümid edir. Sputnik Azərbaycan xəbər verir ki, bunu Ağ Evin milli təhlükəsizlik üzrə müşaviri Robert O`Brayen Atlantik Şurada çıxışı zamanı deyib. 

O bildirib ki, Birləşmiş Ştatlar ortamənzilli və qısamənzilli raketlərin ləğvinə dair "qeyri-effektiv" sazişdən çıxıb və bu, önümüzdəki aylarda Rusiya və hətta Çini nüvə silahları ehtiyatının azaldılması ilə bağlı "ciddi müzakirə" üçün danışıqlar masasına gətirə bilər.

Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Tramp ən dəhşətli silah yaradacağını söz verdi

Eyni zamanda, O`Brayen qeyd edib ki, Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər haqqında Müqavilənin (New START) uzadılmasına dair müzakirələr bağlı qapılar arxasında keçiriləcək.

O əlavə edib ki, Çindən fərqli olaraq, Rusiya və ABŞ silahlara nəzarətlə bağlı danışıqlarda maraqlıdırlar. O`Brayen ümidvar olduğunu bildirib ki, Moskva ilə danışıqlarda irəliləyiş olsa, Çinə "təzyiq ediləcək" və Pekin bu səylərə qoşulacaq.

Xatırladaq ki, Ortamənzilli və Qısamənzilli Raketlərin Ləğvinə dair Müqavilə Birləşmiş Ştatların təşəbbüsü ilə 2019-cu il avqustun 2-də qüvvədən düşüb. Keçən ilin əvvəlində Vaşinqton Rusiyanı sazişin şərtlərini pozmaqda ittiham edib və ondan birtərəfli şəkildə çıxmağa qərar verib. Rusiya isə dəfələrlə sözügedən müqavilənin şərtlərini tam olaraq yerinə yetirdiyini bəyan edib. 2019-cu il iyulun əvvəlində isə Rusiya Prezidenti Vladimir Putin ölkəsinin sazişdə iştirakını dayandırması haqqında qanunu imzalayıb.

"New START" (Yeni Başlanğıc) adı ilə də tanınan Strateji Hücum Silahlarının Azaldılması və Məhdudlaşdırılması üzrə Tədbirlər Haqqında Müqavilənin qüvvədə olma müddəti 2021-ci ilin əvvəlində başa çatır və ABŞ hələlik bu sazişi uzatmaq niyyətində olub-olmadığını müəyyənləşdirməyib.

Bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin Moskvanın bu ilin sonuna qədər bu müqaviləni uzatmağa hazır olduğunu deyib. Lakin prezident Rusiyanın təkliflərinə hələ də cavabın olmadığını qeyd edib.

Putin vurğulayıb ki, əgər bu müqavilə olmasa, dünyada silahlanma yarışının qarşısını alan heç bir şey olmayacaq. "Bu, mənim fikrimcə, pisdir", – prezident bildirib.

Xəbər lenti
0