CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Sumqayıt teatrında eyni vaxtda dörd tamaşa

© pixabay / marybettiniblankСцена театра, фото из архива
Сцена театра, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıt Dövlət Dram Teatrının respublikada və dünyada keçirilən monotamaşalar festivallarına da töhfəsi olacaq

Kamal Almuradlı, Sputnik Azərbaycan

BAKI, 11 fevral — Sputnik. Sumqayıt Dövlət Dram Teatrında paralel olaraq dörd yeni əsər üzərində yaradıcılıq işləri aparılır. Bu haqda Sputnik Azərbaycan-a açıqlamasında teatrın mətbuat xidmətinin rəhbəri Leyla Eynullayeva bildirib.

Сцена театра, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanda teatr adını dəyişdi

"Teatrın direktoru Əməkdar artist Mübariz Həmidovun təşəbbüsü ilə bu seçimlərdə ilk növbədə klassik dünya və Azərbaycan dramaturgiyası incilərinin təbliği, şəhərin əsas kontingentinin arzu və istəkləri, uşaq və yeniyetmələrin bədii-estetik zövqünün formalaşması, truppanın yaradıcılıq imkanları kimi nüanslar nəzərə alınır. Azərbaycan xalq nağılları içərisində ən çox məşhur olan, zəkanı və zəhməti, ədaləti, insanpərvərliyi təlqin edən "Göycək Fatma"nın səhnə versiyası Bakıdan dəvət olunmuş gənc və istedadlı rejissor Gülnar Hacıyeva tərəfindən hazırlanır. Tamaşa xalq yaddaşını müasir dövrün texnoloji üsulda, çağdaş teatr komponentləri ilə çatdıra biləcək. Rəqslərin quruluşu Vüsal Mehrəliyevə məxsusdur" - deyə L.Eynullayeva qeyd edib.

L.Eynullayeva eyni zamanda teatrın rejissorlarından Əməkdar artist Namis Şirməmmədovun dahi Üzeyir Hacıbəylinin yaradıcılığına müraciət etdiyini vurğuladı: "Hazırda "O olmasın, bu olsun" komediyasının məşqləri davam edir. Sumqayıt Dövlət Dram Teatrının respublikada və dünyada keçirilən monotamaşalar festivallarına da töhfəsi olacaq. Teatrın baş rejissoru, Xalq artisti Firudin Məhərrəmov Ülviyyə Heydərovanın "Uşaqlıq" hekayəsi əsasında gənc aktrisa İlahə Səfərova ilə maraqlı monotamaşa üzərində yaradıcılıq işi aparır. Eyni zamanda səhnəmizdə daha bir gənc rejissor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunu Ümid Abbas həmin müəllifin "Pələng" adlı monotamaşasını gənc aktyor Kamran Muradlı ilə birlikdə hazırlayır".

Azərbaycanlılar "Bolşoy Teatr"ı fəth edəcəklər

Qeyd edək ki, hər dörd tamaşanın quruluşçu rəssamı teatrın baş rəssamı Elşən Sərxanoğludur. Hazırda teatrda sözügedən tamaşalar üzərində gərgin məşqlər gedir. Rejissorlar yaşlı və orta nəsil aktyor heyəti ilə bərabər, gənc istedadlarla da çalışırlar. Onların yaradıcılıq imkanlarının realizəsi üçün zəruri şərait yaradılır. Tamaşalar cari il fevral ayının sonu və mart ayında teatrsevərlərin ixtiyarına veriləcək.

Xəbər lenti
0