CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanlılar "Bolşoy Teatr"ı fəth edəcəklər

© © AR MN-nin mətbuat xidmətiBöyük Teatrda azərbaycanlı musiqiçilərin iştirakı ilə “Don Karlos” operası oynanılacaq
Böyük Teatrda azərbaycanlı musiqiçilərin iştirakı ilə “Don Karlos” operası oynanılacaq - Sputnik Azərbaycan
Abunə olmaq
Don Karlosun partiyasını Azərbaycanın Xalq artisti Yusif Eyvazov, Rodriqonun partiyasını Xalq artisti Elçin Əzizov ifa edəcək

BAKI, 22 avqust — Sputnik. Oktyabrın 16-dan 20-dək Rusiya Dövlət Akademik Böyük Teatrında C.Verdinin "Don Karlos" operası nümayiş olunacaq.

Sputnik Azərbaycan xəbər verir ki, oktyabrın 17-də və 19-da səhnə əsərində Don Karlosun partiyasını Azərbaycanın Xalq artisti Yusif Eyvazov (tenor), Rodriqonun partiyasını Xalq artisti Elçin Əzizov (bariton) ifa edəcək.

Afaq Abbasova - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Afaq Abbasova: "Çıxış zamanı ariya bitdi, amma əl çalan olmadı"

Karyerasına İtaliyanın teatr və konsert zallarında başlayan Yusif Eyvazov 2008-ci ildə Milanda Opera Müğənniləri Beynəlxalq Müsabiqəsinin Qran-Pri mükafatına layiq görülüb. Onun adı "Dünyanın ən yaxşı tenorları" kitabına daxil edilib.

2008-ci ildən Böyük Teatrın solisti olan Elçin Əzizov P.Çaykovskinin "İolanta" və "Qaratoxmaq qadın", N.A.Rimski-Korsakovun "Çar gəlini", J.Bizenin "Karmen", M.Musorqskinin "Boris Qodunov", C.Verdinin "Traviata", "Don Karlos", A.Borodinin "Knyaz İqor" operalarında yaddaqalan obrazlar yaradıb.

Xəbər lenti
0