SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Parlament seçkiləri şəffaf və demokratik keçirilib - MDB müşahidəçiləri

© Sputnik / Rashad KeremogluMDB müşahidə missiyasının rəhbəri, MDB-nin İcraiyyə Komitəsi sədrinin birinci müavini - İcraçı katibi Viktor Quminski
MDB müşahidə missiyasının rəhbəri, MDB-nin İcraiyyə Komitəsi sədrinin birinci müavini - İcraçı katibi Viktor Quminski - Sputnik Azərbaycan
Abunə olmaq
Quminski qeyd edib ki, keçirilmiş seçkilər Azərbaycanda siyasi rəhbərliyin yenilənməsində, ölkədaxili islahatların aparılmasında əhəmiyyətli rol oynayacaq

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 10 fevral - Sputnik. Növbədənkənar parlament seçkiləri Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsinə uyğun keçirilib. Seçkilər rəqabət şəraitində, azad, şəffaf və demokratik seçkilərin prinsiplərinə uyğun şəkildə keçirilib. Sputnik Azərbaycan xəbər verir ki, bunu MDB-nin İcraiyyə Komitəsinin sədrinin birinci müavini, MDB Müşahidə Missiyasının rəhbəri Viktor Quminski bildirib.

Məzahir Pənahov - Sputnik Azərbaycan
Məzahir Pənahov: “Kimdəsə hanısa fakt varsa, gecikdirmədən MSK-ya təqdim etsin”

O qeyd edib ki, Azərbaycan Mərkəzi Seçki Komissiyası seçkilərin təşkilində davamlı və səmərəli iş görüb: "Mərkəzi Seçki Komissiyası tərəfindən maarifləndirmə məqsədilə həmçinin treninqlər də təşkil olunub. Biz baş çəkdiyimiz dairə və seçki məntəqlərində lazım olan informasiyanı, suallarımıza cavabı dərhal ala bilirdik. Sevindirici haldır ki, parlament seçkilərində iştirak etmək istəyən namizədlərin sayı həddən artıq olub. Bu isə ondan xəbər verir ki, insanların seçim etmək, ən layiqli namizədi seçmək imkanı olub. Bundan əlavə, seçkiqabağı təşviqat zamanı bütün namizədlər üçün bərabərhüquqlu şərait yaradılıb".

Missiya rəhbəri eyni zamanda vurğulayıb ki Azərbaycan Mərkəzi Seçki Komissiyası daxil olan şikayətlərə ölkə qanunvericiliyinə uyğun şəkildə baxıb: "Bundan əlavə, missiya rəhbəri qeyd edib ki səslərin sayılması zamanı müşahidəçilərə heç bir maneə törədilməyib. Belə ki, həm yerli, həm də beynəlxalq müşahidəçilər istədikləri məntəqələrdə səslərin sayılması prosesinə qatıla bilərdi".

Quminski qeyd edib ki, fevralın 9-u Azərbaycanda keçirilən növbədənkənar parlament seçkiləri sakit şəraitdə keçib: "Seçkilər çox yaxşı şəkildə təşkil olunub, seçki məntəqələri səsvermə üçün lazım olan bütün avadanlıqlarla təchiz olunub. Bizim missiya üzvlərimiz 1913 seçki məntəqəsində seçki prosesini izləyib. Missiya üzvləri səs sayma prosesində iştirak edib və onlar heç bir maneə ilə qarşılaşmayıblar. MDB missiyası vurğulayır ki, keçirilmiş seçkilər Azərbaycanda siyasi rəhbərliyin yenilənməsində, ölkədaxili islahatların aparılmasında əhəmiyyətli rol oynayacaq".

Xəbər lenti
0