“Gün ərzində bizə bəzi dairələrdə ciddi pozuntularla bağlı müraciətlər daxil olub”. Sputnik Azərbaycan xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov deyib.
“33 saylı Xətai birinci seçki dairəsindən, 35 saylı Xətai üçüncü seçki dairəsindən, 60 saylı Salyan-Neftçala seçki dairəsindən və digər dairələrdən MSK-ya ciddi qanun pozuntuları ilə bağlı məlumatlar daxil olub. Daxil olmuş şikayətlərin ətraflı araşdırılmasına ehtiyyac var. Parlament seçkiləri ilə bağlı sosial şəbəkələrdə yayılan məlumatları çox ciddi şəkildə araşdıracağıq. Kimdəsə hanısa fakt varsa, gecikdirmədən MSK-ya təqdim etsin. Düşünürəm ki, biz qarşımıza qoyduğumuz məqsədə nail olduq” – deyə o bildirib.
Məzahir Pənahovun fikirlərinə audiofaylda qulaq asa bilərsiniz