Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bu həqiqətən mürəkkəb qərar idi – Rusiyanın Azərbaycandakı səfiri

© Sputnik / Murad OrujovЧрезвычайный и полномочный посол Российской Федерации в Азербайджане Михаил Николаевич Бочарников
Чрезвычайный и полномочный посол Российской Федерации в Азербайджане Михаил Николаевич Бочарников - Sputnik Azərbaycan
Abunə olmaq
Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov müsahibəsində diplomatiya, özünün ən mürəkkəb qərarlarından biri və Azərbaycan-Rusiya münasibətləri barədə danışıb.

Aleksandra Zuyeva, Sputnik Azərbaycan

BAKI, 10 fevral — Sputnik. Rusiya Federasiyasının Diplomatik işçilər günü ərəfəsində RF-in Azərbaycanda Fövqəadə və Səlahiyyətli səfiri Mixail Boçarnikov Sputnik Azərbaycan-a iki ölkənin münasibətlərinin perspektivləri, "Mir" ödəniş sisteminin buraxılışı və Afrikad ələ keçmiş rusiyalı təyyarəçiləri necə azad etdiyi haqqında danışıb.

Паспорта Российской Федерации, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Moskva qaydaları dəyişir – Rusiya vətəndaşı olmaq asanlaşdı

- Sizin peşə bayramınız adətən necə qeyd olunur?

- Bu, əsasən diplomatlarımızın əvvəlki nəəsillərinə göstərilən ehtiramın nümayişidir. Həmin gün görkəmli rusiyalı diplimatlarının qəbirləri önünə, Böyük Vətən müharibəsi zamanı, həmçinin öz vəzifə borclarını yerinə yetirərkən cəbhədə həlak olmuş diplomatların şərəfinə qoyulmuş xatirə lövhələrinin qarşısına güllər qoyulur. Ənənəyə uyğun olaraq müxtəlif təntənəli tədbirlər keçirilir.

Rusiyanın bütün dünyadakı, o cümlədən Azərbaycandakı səfirliyində də eyni tədbirlər həyata keçirilir. Bakıda həmin gün biz diplomatik qəbul keçiririk.

- Diplomatik karyeranız ərzində ən çətin qərarınız hansı olub?

- Mən diplomatik xidmətdə çoxdan işləyirəm, müxtəlif vəziyyətlərdə olmuşam. Lakin indi Rusiya XİN-in Afrika Departamentinin direktoru olduğum dövrdən nümunə gətirə bilərəm.

Hadisə 1997-ci ildə olub. Konqo Respublikasında (paytaxtı Brazzavil) vətəndaş qarşıdurması baş verir. Bu ölkədə işləyən rusiyalı mülki təyyarəçilər həbs olunaraq həbsxanaya göndərilirlər.

© Sputnik / Murad OrujovRusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov
Bu həqiqətən mürəkkəb qərar idi – Rusiyanın Azərbaycandakı səfiri - Sputnik Azərbaycan
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov

Rəhbərlik qarşıya təyyarəçilərimizin azad edilməısinə nail olmaq vəzifəsini qoyub. Afrika Departamentinin direktoru kimi məni bu vəzifənin yerinə yetirilməsi üçün hadisə yerinə göndərdilər. Eyni zamanda Konqo Respublikasına Anqoladakı səfirlikdən bir qrup diplomat yola düşür.

Brazzavildəki Rusiya səfirliyi vətəndaş qarşıdurması nəticəsində təxliyə olunmuşdu. Ona görə də bu vəzifəni yerinə yetirmək üçün mən əvvəlcə Anqolaya uçmalı oldum. Orada Anqola tərəfi ilə təyyarəçilərin azad olunması məsələsində bizə yardım göstərilməsi mövzusunda danışıqlar apardım. Sonra Konqo Demokratik Respublikasına (paytaxtı Kinşasa) gedərək bu ölkənin prezidenti ilə danışıqlar apardım.

Конференция Баку-Москва: Диалог культур в Баку - Sputnik Azərbaycan
SİYASƏT
Bakı və Moskva mədəni əməkdaşlıq barədə protokol imzalayıb

Məlum oldu ki, hər iki ölkə qonşu Konqo Respublikası dövlətinə təsir etmək gücündə deyil. Ona görə də Konqo çayından keçərək Kinşasadan Brazzavilə gedib yeni hakimiyyətin nümayəndələri ilə görüşməli oldum. Bu danışıqlardan sonra Rusiya təyyarəsində Puent-Nuar şəhərinə uçdum. Rusiyalı təyyarəçiləri məhz oarada həbsxanada saxlanırdılar.

Orada biz yerli rəsmilərlə iş apardıq, təyyarəçilərimizlə görüşdük. Sonda bütün bu fəaliyyət nəticəsini verdi və 1997-ci il noyabrın əvvəllərində təyyarəçilər azad edildi. İndi onları ölkədən çıxarmalı idik.

Həmin vaxt Puent-Nuarda təxliyə olunmaq istəyən avropalıların kifayət qədər böyük qrupu toplanmışdı. Təyyarə gəlib bizim hamımızı götürməmişdən əvvəl xəbər gəldi ki, onu partlada bilərlər. 

Məhz bu məqamda qrupun rəhbəri kimi çətin qərar verməli oldum – təyyarəyə minib getmək, yaxud bunu etməmək. Təyyarədən istifadə etmək qərarı qəbul olundu. Təyyarə Anqoladan Rusiya səfirliyinin səyləri ilə göndərilmişdi. O orada işləyən geoloji partiyaya məxsus idi. Ona görə də biz onun təhlükəsizliyinə əmin idik. Nəticədə hamımız – həm diplomatk qrup, həm azad edilmiş təyyarəçilər, həm də avropalılar bu təyyarəyə mindik və uğurla qonşu Qabona uçduq, oradan isə Rusiya FHN-in təyyarəsi təxliyə olunmuşları Moskvaya çatdırdı.

© Sputnik / Murad OrujovRusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov
Bu həqiqətən mürəkkəb qərar idi – Rusiyanın Azərbaycandakı səfiri - Sputnik Azərbaycan
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov

- Baş nazirin müavini Şahin Mustafayev bəyan edib ki, Rusiyanın "Mir" ödəniş sistemi tezliklə ölkəmizdə işə salına bilər. Necə fikirləşirsiniz, bu, turizmin inkişafına və Rusiya vətəndaşlarının rahatlığına nə dərəcədə təsir edəcək?

- Bu günədək 66 milyonadək "Mir" kartı buraxılıb. Bu layihədə 315 kart iştirak edir, 159 bank bu kartların emissiyası hüququna malikdir.

Yəni, proses çox geniş yayılıb. Bir çox ölkələr "Mir" kartının istifadəsinə qoşulurlar. Belə ki, Azərbaycanda qonşu olan Türkiyə və Qazaxıstanda bu kartlara artıq xidmət olunur.

 Флаги России и ЕС (слева направо) - Sputnik Azərbaycan
Azərbaycan Rusiya və Avropa İttifaqının münasibətlərinin yaxşılaşmasını istəyir

Aydındır ki, ilk növbədə, "Mir" kartı Rusiyada və rusiyalılar tərəfindən istifadə olunur. Lakin məhz burada Azərbaycanla ikitərəfli münasibətlərimiz üçün potensial var.

Azərbaycana gələn rusiyalı turistlərin sayı daima artır. Bu turistlərin böyük hissəsi "Mir" kartının sahibləridir və əlbəttə ki, onlar üçün Azərbaycanda nağdsız ödənişlər üçün bu kartdan istifadə edə bilmək çox rahat olardı.

- Rusiya və Azərbaycanın iqtisadi əməkdaşlığı necə inkişaf edir?

- Ticarət dövriyyəsindən danışsaq, qeyd etməliyik ki, ötən il biz vacib psixoloji baryer olan 3 milyard ABŞ dollarını keçmişik.

Rusiyanın Azərbaycanda ixracının nisbətən böyük hissəsini qida və kənd təsərrüfatı xammalı təşkil edir. Belə ki, söhbət ilk növbədə Rusiya buğdasından gedir. Lakin vurğulamaq lazımdır ki, qida məhsulları Azərbaycan bazarında çox geniş şəkildə təmsil olunublar. İkinci yerdə mən maşın, qurğu və nəqliyyat vasitələrini qeyd edərdim.

Azərbaycandan idxala gəldikdə isə, burada da birinci yerdə kənd təsərrüfatı malları gəlir. İlk növbədə söhbət meyvə-tərəvəzdən gedir.

© Sputnik / Murad OrujovRusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov
Bu həqiqətən mürəkkəb qərar idi – Rusiyanın Azərbaycandakı səfiri - Sputnik Azərbaycan
Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov

Bizim kimya məhsulları idxalını qeyd etmək də yerinə düşər. Onlar faiz baxımından bəlkə də hələ böyük yer tutmurlar, lakin ötən il bu qrup malların idxalı 2,5 dəfə artıb.

Mən bunu polipropilen istehsal edən müəssisənin işə düşməsi ilə əlaqələndirirəm. Müəssisə Sumqayıt texnoloji parkında "Qazprombank"ın dəstəyi ilə tikilib. Müəssisə işə düşdükdən sonra polipropilen bizim Azərbaycanda idxalımızın əhəmiyyətli parçasına çevrilib.

Президент РФ Владимир Путин на конгрессе израильского благотворительного фонда Керен ха-Йесод в Москве - Sputnik Azərbaycan
Rusiya 2024-cü ilə SSRİ-ni bərpa edəcək? – Kreml aydınlıq gətirdi

Rusiya tərəfi qeyri-neft sektorunun inkişaf etdirilməsi üzrə Azərbaycanın qarşısında duran vəzifəni anlayır. Belə ki, avtomobilqayırma sahəsində əməkdaşlıq genişlənir. Gəncənin tanınmış avtomobilqayırma müəssisəsində bizim "KamAZ" və "UAZ" maşınlarımız yığılıb və yığılacaq.

Ümid edirəm ki, bu il Hacıqabul yaxınlığında Rusiyanın "QAZ" şirkətlər qrupu ilə "Qazel"lərin istehsalı üzrə birgə müəssisə açılacaq.

Biz həmçinin vertolyotların təmiri üzrə servis mərkəzinin açılmasına yardım edəcəyik. Bundan əlavə, Pirallahı sənaye zonasında Rusiyanın "R-Farm" şirkətinin əczaçılıq müəssisəsinin birinci mərhələsi işə düşəcək.

Bütün bunlar bizim dövlət və ictimai strukturlarımız arasında siyasi münasibətlərin inkişafına impuls verib.

Xəbər lenti
0