Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Bakı və Moskva mədəni əməkdaşlıq barədə protokol imzalayıb

© Sputnik / Murad OrujovКонференция "Баку-Москва: Диалог культур" в Баку
Конференция Баку-Москва: Диалог культур в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransı Bakı və Moskva arasında münasibətlərin səviyyəsi və xarakterini göstərir

Kəmalə Əliyeva, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. Bakıda keçirilən “Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransı çərçivəsində mədəni əməkdaşlıq barədə protokol imzalanıb.

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan tərəfindən sənədi Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov, Rusiya tərəfindən Moskva Şəhəri Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski imzalayıblar.

© Sputnik / Murad OrujovBakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və Moskva Şəhəri Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski mədəni əməkdaşlıq barədə protokol imzalayıblar
Bakı və Moskva mədəni əməkdaşlıq barədə protokol imzalayıb - Sputnik Azərbaycan
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov və Moskva Şəhəri Mədəniyyət Departamentinin rəhbəri Aleksandr Kibovski mədəni əməkdaşlıq barədə protokol imzalayıblar

“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransının məqsədi Azərbaycan və Rusiya arasında əlaqələrin möhkəmləndirilməsi və əməkdaşlığın inkişafıdır. Tədbirdə dövlətlərin rəsmi şəxsləri, nazirlər, rəhbər şəxslər, biznesmenlər, mədəniyyət, elm və təhsil xadimləri, eləcə də hər iki ölkənin KİV-nin nümayəndələri iştirak edirlər.

Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev qeyd edib ki, “Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransı 2020-ci ilin payızında keçiriləcək Humanitar forumun işinin əsasını qoyacaq.

“Bu konfrans hər iki ölkə üçün çox vacibdir. Çünki bizə saxtakarlıq və problemlərlə mübarizə aparmağa imkan verir. Bu, bizə ekspertlərimiz, mədəniyyət xadimləri, alimlər və ictimai xadimlər arasında əlaqələri yoluna qoymağa və inkişaf etdirməyə imkan verəcək” – Ə. Qarayev bildirib.

© Sputnik / Murad OrujovAzərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev
Bakı və Moskva mədəni əməkdaşlıq barədə protokol imzalayıb - Sputnik Azərbaycan
Azərbaycanın Mədəniyyət naziri Əbülfəs Qarayev

Nazir, həmçinin, bu günlərdə Azərbaycan Prezidenti tərəfinsən “Şərəf” ordeni ilə təltif edilən TASS İnformasiya Agentliyinin baş direktorunun müavini Mixail Qusmanı təbrik edib.

Mixail Qusman konfransın keçirilməsinə göstərdikləri dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib.

“Rusiyadan mədəniyyət və ictimai xadimlərin təmsil olunduğu belə böyük nümayəndə heyətinin müasir Azərbaycana gəlməsini xatırlamıram. Onlar bir gündən azdır Bakıdadırlar və hər biri bundan xoşbəxtdir. Bütün bunlar nümayəndə heyətinə göstərilən diqqətə görədir. Azərbaycan və Rusiya tarixi və mədəni əlaqələri bir-biri ilə sıx bağlandığından, hesab edirəm ki, bu dialoq çox maraqlı olacaq” – deyə Qusman qeyd edib.

© Sputnik / Murad OrujovTASS İnformasiya Agentliyinin baş direktorunun müavini Mixail Qusman
Bakı və Moskva mədəni əməkdaşlıq barədə protokol imzalayıb - Sputnik Azərbaycan
TASS İnformasiya Agentliyinin baş direktorunun müavini Mixail Qusman

Rusiyalı dövlət və mədəniyyət xadimi, Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy öz növbəsində əlavə edib ki, Bakıda keçirilən konfrans çox vacib əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, 10 il əvvəl ilk belə dialoq Beynəlxalq Bakı Forumunun əsasını qoyub.

“Bakı-Moskva: Mədəniyyətlərin dialoqu” konfransı Bakı və Moskva arasında münasibətlərin səviyyəsi və xarakterini göstərir. Bu, hər iki ölkə üçün məhsuldardır. Çünki təkcə humanitar əməkdaşlıq məsələlərini deyil, eləcə də iqtisadi, təhsil, elm sahələrini, bir sözlə bizim münasibətlərimizin bütün seqmentlərini əhatə edir. Rusiyanın bu gün Azərbaycanı Qafqazda vacib, strateji tərəfdaş kimi qəbul etməsi sözsüzdür. Konfrans bunu bir də ən yüksək səviyyədə təsdiq edəcək. Bizim planlarımız böyükdür” – deyə Şvıdkoy vurğulayıb.

© Sputnik / Murad OrujovRusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy
Bakı və Moskva mədəni əməkdaşlıq barədə protokol imzalayıb - Sputnik Azərbaycan
Rusiya Prezidentinin beynəlxalq mədəni əlaqələr üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy

Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova qeyd edib ki, öz ənənələrini saxlamaq və digər xalqlarla dialoq üçün imkan tapmaq bacarığı mədəniyyətlərin dialoqudur.

“Mədəniyyətlərin dialoqunun nə olduğunu bilirsiniz? Bu, dünənə kimi bizdə heç bir sual doğurmayan, bu gün isə bütün beynəlxalq münasibətlərin başında duran bir şeydir. Bu, mədəniyyətlərin xalqlara və ölkələrə sırınmadığı, insanlara xaricdən necə yaşamalı olduqları, öz ənənələrini necə dəyişməli olduqları, nəyə inanmalı və nəyə inanmamaları, nəyin düz olduğu, nəyinsə olmadığı barədə reseptlər yazılmadığı vəziyyətdir. Əgər biz xalqlar, ölkələr və hər bir konkret insan barədə danışırıqsa, baxmayaraq ki, biz hamımız fərqliyik, bir-birinə hörmət, təmas nöqtələrinin axtarışıdır” – deyə bildirib.

© Sputnik / Murad OrujovRusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova
Bakı və Moskva mədəni əməkdaşlıq barədə protokol imzalayıb - Sputnik Azərbaycan
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova

Zaxarova TASS İnformasiya Agentliyinin baş direktorunun müavini Mixail Qusmanın ünvanına çoxsaylı təbriklərə qoşulub: “Siz dahi xidmətləri və nailiyyətləri olan dahi şəxssiniz. Ölkələr, paytaxtlar, xalqlar, elita və ziyalılar sizi özününkü adlandırmaq üçün mübarizə aparırlar. Mədəniyyətlər dialoqunun ən yüksək nailiyyəti də məhz budur”.

Qeyd edək ki, konfrans çərçivəsində Rusiyada yaşayan görkəmli azərbaycanlıların və Azərbaycanda yaşayan rusların fotosərgisi keçiriləcək. Bundan əlavə, Mixail Qusmanın “Hakimiyyət formulu” və “Həyat formulu”  kitablarının təqdimatı olacaq.

Xəbər lenti
0