Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Moskva qaydaları dəyişir – Rusiya vətəndaşı olmaq asanlaşdı

© Sputnik / Taras Litvinenko / Mediabanka keçidПаспорта Российской Федерации, фото из архива
Паспорта Российской Федерации, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Yeni qaydalara əsasən xarici ölkə vətəndaşları Rusiya vətəndaşı olmaq üçün digər ölkənin vətəndaşlığından imtina etməyə məcbur olmayacaqlar

BAKI, 7 fevral — Sputnik. Xarici ölkə vətəndaşlarının Rusiya vətəndaşlığı alması proseduru əhəmiyyətli dərəcədə sadələşdiriləcək. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "Kommersant" nəşri Rusiya Dövlət Miqrasiya siyasəti Konsepsiyasının reallaşdırılması üzrə işçi qrupda olan mənbələrə istinadən xəbər verir.

Rusiya pasportu, arxiv şəkli - Sputnik Azərbaycan
CƏMİYYƏT
Daxili pasportla Bakıya: Rusiyalılar qarşısında böyük perspektiv açılır

Belə ki, Rusiya hökuməti "Rusiya Federasiyası vətəndaşlığı haqqında" qanun layihəsinə dəyişikliklərin edilməsini nəzərdə tutan layihə hazırlayır. Yeni qaydalara əsasən xarici ölkə vətəndaşları Rusiya vətəndaşı olmaq üçün digər ölkənin vətəndaşlığından imtina etməyə məcbur olmayacaqlar.

Rusiya Dövlət Dumasının MDB işləri, Avrasiya inteqrasiya və həmvətənlərlə əlaqə komitəsinin rəhbəri Leonid Kalaşnikov vurğulayıb ki, hazırda sənəd final mərhələsindədir. Onun fevral ayında Dövlət Dumasına çıxarılması planlaşdırılır.

Bundan əlavə, Rusiya ərazisində 5 il ərzində fasiləsiz qalmaq tələbi də ləğv oluna bilər. Kalaşnikov əlavə edib ki, yaşayış üçün vəsaitlərin qanuniliyinin sübut olunması şərti də ləğv oluna bilər

Xəbər lenti
0