Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Baş gicəllənməsi hormonal xəstəliklərlə bağlı ola bilər

© Depositphotos.com / SergeyNivensВрач указывает на снимок головы пациента
Врач указывает на снимок головы пациента - Sputnik Azərbaycan
Abunə olmaq
Alimlər bildirirlər ki, hormonal xəstəliklərdən qaynaqlanan baş fırlanmasının əsas əlamətləri sırasında gözün qaralması, ayaqların sanki yerdən üzülməsidir

BAKI, 8 fevral — Sputnik. Tez-tez müşahidə olunan baş fırlanması hormonal xəstəliklərlə də əlaqədar ola bilər. Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, alimlər bunun səbəbinin hormonal xəstəliklərlə əlaqəli ola biləcəyini irəli sürüblər.

Baş ağrısı, arxiv şəkli - Sputnik Azərbaycan
SƏHİYYƏ
"Yorğunluqdan ölmək" sadəcə misal deyilmiş
 Alimlərin sözlərinə görə, baş fıranmasının ilkin səbəbləri arasında tiroid hormon qeyri-kafiliyinin (Hipotiroid) rolu var. Tiroid vəzin funksiyasının azalması halsızlığa, yorğunluğa, çəkinin artmasına, qəbizliyə, baş fırlanmasına səbəb ola bilir.

Onların sözlərinə görə, tiroid vəzinin daha çox fəaliyyətdə olması isə əks təsirlərə səbəb ola bilir. Bunun əsas əlamətləri isə tərləmə, iştahın açılması, çəkinin azalması, əsəbilik, əlin titrəməsidir.

Alimlərin fikrincə, hipertiroid kişilərlə müqayisədə qadınlarda 10 qat daha çox müşahidə edilir.

Alimlər bildirirlər ki, hormonal xəstəliklərdən qaynaqlanan baş fırlanmasının əsas əlamətləri sırasında gözün qaralması, ayaqların sanki yerdən üzülməsidir. Bu kimi əlamətləri özündə müşahidə edən şəxslərə endokrinoloqa müraciət etmək tövsiyə edilir.

Xəbər lenti
0