Maska taxmayanları həbs edəcəklər

© REUTERS / ATHIT PERAWONGMETHAСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае - Sputnik Azərbaycan
Abunə olmaq
Pekin bələdiyyəsindən verilən açıqlamaya görə, otel, restoran, supermarket kimi ictimai yerlərdə maska taxmayanlara əvvəlcə xəbərdarlıq ediləcək

BAKI, 8 fevral — Sputnik. Çinin Hubey əyalətinin Uhan şəhərində ortaya çıxan koronavirus ölkənin hər tərəfinə yayılıb.

Sputnik Azərbaycan "TRTHaber"ə istinadla xəbər verir ki, indiyədək 723 nəfərin ölümünə səbəb olan epidemiya ilə bağlı qabaqlayıcı tədbirlər ciddi şəkildə artırılıb.

TIR sürücüsü - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycan Çinə humanitar yardım göndərdi

Bu tədbirlər çərçivəsində Pekin bələdiyyəsi yeni qərar qəbul edib. Pekin bələdiyyəsindən verilən açıqlamaya görə, otel, restoran, supermarket kimi ictimai yerlərdə maska taxmayanlara əvvəlcə xəbərdarlıq ediləcək. Əgər şəxs maska taxmamaqda israr edərsə, həbs edilə bilər.

Açıqlamada bu qərarın hansı tarixədək qüvvədə olacağı ilə bağlı məlumat verilməyib.

Digər tərəfdən, Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom dünən verdiyi açıqlamada virusa qarşı avadanlıq təminatında qlobal səviyyədə çətinlik olduğunu söyləyib.

Qeyd edək ki, Çin Xalq Respublikasının sağlamlıq məsələləri üzrə dövlət komitəsinin məlumatına görə, koronavirusdan ölənlərin sayı 723 nəfərə çatıb. Gün ərzində 510 nəfər xəstəxanadan buraxılıb. Bununla yanaşı, xəstəxanada müalicə alanlardan 1280 nəfərinin vəziyyəti ağırlaşıb. Bu günə kimi 34,5 min şəxs bu virusa yoluxub, onlardan 2050 nəfəri sağalıb.

Xatırladaq ki, ötən gün virusa yoluxanların sayı 31,1 min, ölənlərin sayı isə 636 nəfər idi.

Xəbər lenti
0