CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycan Çinə humanitar yardım göndərdi

© Sputnik / Evgeny KarasevTIR sürücüsü
TIR sürücüsü - Sputnik Azərbaycan
Abunə olmaq
Sumqayıt Şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Myenyan şəhərinə tibbi ləvazimatlar göndərməyi qərara alıb

BAKI, 8 fevral — Sputnik. Sumqayıt Şəhər İcra Hakimiyyəti Çin Xalq Respublikasının Myenyan şəhərinə tibbi ləvazimatlar göndərib.

Sputnik Azərbaycan "Report"a istinadən məlumatına görə, İcra Hakimiyyətindən bildirilib ki, 2019-cu ilin dekabr ayından etibarən Çində yayılan yeni tip koronavirus epidemiyası getdikcə daha çox əraziyə yayılır, qarşısının alınmasında və nəzərət işlərində müəyyən çətinliklər yaşanır.

Kosalar kənd sakini Asif Zöhrabov  - Sputnik Azərbaycan
Azərbaycanlı koronavirus əleyhinə dərman düzəldib

Sumqayıtla dostluq və əməkdaşlıq əlaqələri olan Myenyan şəhərində təsdiqlənmiş hallar aşkar edildiyi üçün bütün şəhər yoluxmaya qarşı və yoluxmuş xəstələrin müalicəsi üçün birgə mübarizə aparır. Diqqətin əsas epidemiya bölgəsi olan Uhan şəhərinə yönəldiyi üçün Myenyan şəhəri tibbi ləvazimatların çatışmazlığından əziyyət çəkir. Bunu nəzərə alaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti dostluq və əməkdaşlıq əlaqələri olan Myenyan şəhərinə tibbi ləvazimatlar göndərməyi qərara alıb.

Sumqayıt Şəhər İcra Hakimiyyəti Çin xalqını dəstəkləmək məqsədilə Myenyan şəhərinə 100 min ədəd bone, 40 min ədəd maska, 100 min ədəd steril əlcək, 100 min milli litr spirt, 100 min ədəd baxıl, 5 kiloqram xloramin (toz), 1850 həb xloramin göndərib.

Xəbər lenti
0