SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Daha bir neçə namizəd seçkidən “qaçdı”

© Sputnik / Ilham MustafayevRayon seçki dairəsi, arxiv şəkli
Rayon seçki dairəsi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb

BAKI, 7 fevral — Sputnik. Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib.

Seçki posterləri, arxiv şəkli - Sputnik Azərbaycan
SİYASƏT
Bu gün son gündür – Sabah qadağandır

Sputnik Azərbaycan Mərkəzi Seçki Komissiyasının (MSK) saytına istinadən xəbər verir ki, deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 321 nəfəri deputatlığa namizədliyini geri götürüb, MSK 1 nəfərin deputatlığa namizədliyini ləğv edib.

Hazırda deputatlığa namizədlərin sayı 1315 nəfərdir.

Qeyd edək ki, fevralın 5-də Mərkəzi Seçki Komissiyası 46 saylı Şirvan Dairə Seçki Komissiyasının Rəşad Camalovun deputatlığa namizədliyinin qeydə alınması barədə qərarını ləğv edib.

Xəbər lenti
0