SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Bu gün son gündür – Sabah qadağandır

© AP Photo / Manoocher DeghatiSeçki posterləri, arxiv şəkli
Seçki posterləri, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Təqvim Planına əsasən, namizədlərin seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış, yəni fevralın 8-i səhər saat 08:00-da dayandırılır.

BAKI, 7 fevral — Sputnik. Azərbaycanda fevralın 9-a təyin edilmiş növbədənkənar parlament seçkilərində namizədlərin seçkiqabağı təşviqat kampaniyası aparması üçün ayrılan vaxt sabah başa çatır.

Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva - Sputnik Azərbaycan
Ekspert deputatlığa namizədlərin seçki kampaniyasını şərh edir

Sputnik Azərbaycan xəbər verir ki, Azərbaycan Respublikasında növbədənkənar parlament seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planına əsasən, namizədlərin seçkiqabağı təşviqat kampaniyası səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış, yəni fevralın 8-i səhər saat 08:00-da dayandırılır.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri fevralın 9-da keçiriləcək. Sabah isə "sükut günü"dür.

 

Xəbər lenti
0