Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Ekspert deputatlığa namizədlərin seçki kampaniyasını şərh edir

© Sputnik / Murad OrujovGənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva
Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva deyir ki, kampaniyada namizədlər necə aktivdirlərsə, eyni vəziyyət seçki sonrası mərhələdə də davam edəcək
Yeganə Hacıyeva: “Dövlət resursları açıq şəkildə istifadə edilir”

“Əvvəlki seçkilərdə namizədlərin dövlət resurslarını bu qədər açıq şəkildə istifadə etməsi müşahidə edilməyib”. Bunu Sputnik Azərbaycan-a parlament seçkiləri öncəsi namizədlərin təbliğat kampaniyası haqqında danışarkən Azərbaycan Gənc Demokratlar İnstitutunun rəhbəri Yeganə Hacıyeva deyib.

Ekspert bildirib ki, namizədlərin hansı partiyanı təmsil etməsindən asılı olmayaraq onlar açıq şəkildə resurslardan istifadə edirlər:

“Düşünürəm ki, kampaniyada namizədlər necə aktivdirlərsə, eyni vəziyyət seçki sonrası mərhələdə də davam edəcək. Sosial şəbəkələrdə çoxminlik səhifələrə çıxış imkanları olan namizədlərin məğlub olduqları təqdirdə, bunu asanlıqla qəbul edəcəyinə inanmıram”.

Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0