Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Nurməhəmmədov 100 milyona “yox” dedi

© Sputnik / Anton Denisov / Mediabanka keçidТренировка бойца Хабиба Нурмагомедова
Тренировка бойца Хабиба Нурмагомедова - Sputnik Azərbaycan
Abunə olmaq
Konor Makqreqorun tez-tez revanş qarşılaşması üçün etdiyi təklifləri dilə gətirən Həbib "çox heyf ki, bu mümkünsüzdür. Mən diqqətimi hazırda aprel ayında Ferqüssonla keçiriləcək görüşə yönəltmişəm" açıqlamasını verib

BAKI, 6 fevral — Sputnik. Rusiyalı qaydasız döyüş üzrə çempion Həbib Nurməhəmmədov 100 milyon dollardan imtina edib. Sputnik Azərbaycan xəbər verir ki, Həbib Konor Makqreqorla yenidən qarşılaşmaq üçün ağlasığmaz təkliflər olsa da, qərarından dönmür.

Российский боец Хабиб Нурмагомедов во время боя с ирландцем Конором Макгрегором за титул чемпиона UFC в легком весе - Sputnik Azərbaycan
İDMAN
Konor - Həbib qarşılaşmasının vaxtı bəlli oldu

Məşhur idmançı "TMZ Sports"a açıqlamasında bildirib ki, Səudiyyə Ərəbistanından olan zəngin iş adamı bu döyüş üçün 100 milyon dollar təklif edib: “Bu qədər məbləğə niyə razı olmalıyam ki? Dünyada bir çox təşkilatlar var. Bu pulu ora köçürə bilərlər. Ya da pulu nə edəcəyini bilməyən UFC-yə versinlər. Mənə ağıldan kəm adamı məğlub etməkdən ötrü bu qədər məbləğin verilməsi doğru iş deyil".

Son dövrlər Konor Makqreqorun tez-tez revanş qarşılaşması üçün etdiyi təklifləri dilə gətirən Həbib "çox heyf ki, bu mümkünsüzdür. Mən diqqətimi hazırda aprel ayında Ferqüssonla keçiriləcək görüşə yönəltmişəm" açıqlamasını verib.

Qeyd edək ki, 2018-ci ildə Həbib Nurməhəmmədovun qələbəsi ilə bitən görüşün sonunda dağıstanlı idmançı rəqibi Konorun məşqçi heyətinə hücum etmişdi. İdman sarayının və Las Veqas polisinin müdaxiləsindən sonra hər iki tərəfi sakitləşdirmək mümkün olmuşdu. Baş vermiş hadisə ilə bağlı Həbib Nurməhəmmədov 9, Konor Makqreqor isə 6 ay cəzalandırılmışdı.

Xəbər lenti
0