Minlərlə sərnişini daşıyan gəmidə koronavirus xəstələri aşkar edildi

© © STR / AFPСитуация в связи с эпидемиологической обстановкой в Китае
Ситуация в связи с эпидемиологической обстановкой в Китае  - Sputnik Azərbaycan
Abunə olmaq
Səhiyyə naziri Kato Katsunobu digər sərnişinlərdən və gəminin ekipaj üzvlərindən gəmidə 14 gün qalmalarını xahiş edib

BAKI, 5 fevral — Sputnik. Yaponiyanın Yokohama şəhəri yaxınlığında bir neçə gündür karantində saxlanılan kruiz gəmisinin 10 sərnişinində yeni növ koronavirus aşkar edilib. Sputnik Azərbaycan RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Yaponiyanın Səhiyyə naziri Kato Katsunobu deyib.

Qeyd edək ki, gəminin göyərtəsində hazırda 3700 nəfərin olduğu bildirilir.

Почва, фото из архива - Sputnik Azərbaycan
ELM
Koronavirusdan da təhlükəli: Bu biri heç Çindən də gəlməyib, "özümüzünkü"dür

Sözügedən sərnişinlər xəstəxanalara aparılacaqlar. Nazir onların arasında ağır vəziyyətdə olan xəstələrin olmadığını deyib. Lakin o digər sərnişinlərdən və gəminin ekipaj üzvlərindən gəmidə 14 gün qalmalarını xahiş edib.

“Fevralın 5-i üçün olan vəziyyətə görə onların gəmidə 14 gün qalmalarını istərdik. Biz sərnişinlərin və ekipajın sağlamlıq vəziyyətini izləyəcəyik və yoluxmanın genişlənməsinin qarşısını almaq üçün əlimizdən gələni edəcəyik”, - Katsunobu deyib.

2019-cu il dekabrın 31-də Çin hökuməti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) ölkənin mərkəz hissəsindəki Uhan şəhərində naməlum sətəlcəm xəstəliyinin yayılması haqqında məlumat verib. Mütəxəssislər xəstəliyin törədicisinin “2019-nCoV” koronavirusu olduğunu aşkar ediblər. Çində bu xəstəliyə yoluxanların sayı 24,3 mini keçib. Koronovirus bu günə kimi 490 nəfərin ölümünə səbəb olub. Onlardan biri Honkonqda dünyasını dəyişib.

Bundan başqa, təxminən 150 nəfər ölkədən kənarda bu xəstəliyə tutulub. Onlardan biri ölüb.

ÜST bu xəstəliyin yayılmasını artıq beynəlxalq əhəmiyyətli fövqəladə hal kimi tanıyıb.

Xəbər lenti
0