CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Temperatur yüksəlsə də, güclü gilavar əsəcək

© AFP 2024 / DENIS CHARLETУличный термометр, фото из архива
Уличный термометр, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə 23 dərəcəyədək isti olacaq

BAKI, 5 fevral — Sputnik. Fevralın 6-da gözlənilən hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Sputnik Azərbaycan-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, cənub-qərb  küləyinin  arabir güclənəcəyi gözlənilir.

Восход солнца, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
İstiyə aldanmayın, hava şəraiti kəskin dəyişəcək

Havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz  15-19, Bakıda  gecə 5-7, gündüz  17-19 dərəcə isti olacaq. Atmosfer  təzyiqi  758 mm civə sütunundan 753 mm civə sütununa enəcək, nisbi rütubət  gecə 65-75, gündüz 40-50 faiz olacaq. 

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi ayrı-ayrı yerlərdə arabir  güclənəcək. Havanın temperaturu  gecə 3-8, gündüz 15-20 dərəcə, bəzi yerlərdə 23 dərəcəyədək isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz  8-13 dərəcə isti  olacaq. 

Tibbi-meteoroloji proqnoz: Fevralın 6-da Abşeron yarımadasında atmosfer təzyiqinin enməsi fonunda güclü gilavar küləyinin üstünlüyü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.

Xəbər lenti
0