CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

İstiyə aldanmayın, hava şəraiti kəskin dəyişəcək

© pixabay / xuuxuuВосход солнца, фото из архива
Восход солнца, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Yağıntılar fevralın 9-da sulu qara, qara keçə bilər. Respublikanın, xüsusən də dağlıq və dağətəyi rayonların avtomobil yollarının buz bağlayacağı gözlənilir"

BAKI, 5 fevral - Sputnik. "Bu günlərdə hava şəraitində nə baş verir? Sadəcə otuz il öncə alimlərin xəbərdarlıq etdiyi hadisələr baş verir. Biz artıq bu prosesləri gözləmirik, bunların canlı şahidiyik. El deyimi ilə qışın ən soyuq dövrü olan Kiçik çillə də girib, amma hələ də Bakıda gecələr belə mənfi temperatur müşahidə edilməyib".

Bakıda qar - Sputnik Azərbaycan
CƏMİYYƏT
Şaxtalı günlərimizin sayı azalıb - Səbəbi bəllidir

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva anomal isti keçən hava şəraitini şərh edərkən vurğulayıb.

O bildirib ki, iqlim dəyişmələrinin təzahürləri ilə hər gün üzləşirik. Bütün dünya daha tez-tez müşahidə edilən anomal meteoroloji hadisələrlə silkələnir: "Bizə müraciət edərək soruşurlar ki, nə baş verir, nə üçün qış belə yumşaq keçir? Bu nadir hadisədir, yoxsa bundan sonra da belə davam edəcək? Bu sualların birmənalı cavabı olmasa da, belə tendensiyanın davam edəcəyi ehtimalı daha çoxdur".

Onun sözlərinə görə, mülayim qış mövsümü tendensiyası artıq bir neçə ildir ki, müşahidə edilir. Lakin hazırkı qış mövsümündə bu proses nəinki Azərbaycanda, bir çox Avropa ölkələrində də müşahidə edilməkdədir. Məsələn, Aralıq dənizi sahili ölkələrində havanın temperaturu 24-27 dərəcədir ki, bu əsl yaz havasıdır. Bakıda da havanın temperaturu iqlim normasından 6 dərəcə yüksək olub və yaxın 2 gün ərzində, fevralın 7-dək paytaxtımızda arabir güclənən cənub-qərb (gilavar) küləyi fonunda temperaturun 14-17 dərəcə isti olacağı gözlənilir. Mərkəzi Aran rayonlarında isə temperatur göstəricisi 20 dərəcəyədək yüksələ bilər.

"Lakin xalqın inancı olan Kiçik çillə özünü göstərəcək. Belə ki, uzun surən anomal isti hava şəraiti bir neçə günlüyə də olsa respublika ərazisinə müdaxilə edəcək soyuq arktik havalarla əvəz olunacaq. Hava şəraiti kəskin dəyişəcək. Daha ətraflı desək, fevralın 7-si axşamdan başlayaraq Bakıda artıq güclənən şimal-qərb küləyinin hakim olacağı, fevralın 8-dən 10-dək küləyin maksimum sürətinin 30-35 m/san-dək çatacağı gözlənilir", - deyə U. Tağıyeva əlavə edib.

Onun sözlərinə görə, temperaturun xeyli düşməsi fonunda bu proses zamanı gözlənilən yağıntılar fevralın 9-da sulu qara, qara keçə bilər. Respublikanın, xüsusən də dağlıq və dağətəyi rayonların avtomobil yollarının buz bağlayacağı gözlənilir: "Unutmayaq ki, hava həyatımızın bir hissəsidir. Biz sinoptiklər isə çalışacağıq ki, istənilən hava gözlənilməz olmasın".

Xəbər lenti
0