Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Rusiya kənarlaşdırılıb, yoxsa yox – Futbol üzərində qara buludlar

© Sputnik / Aleksandr Vilf / Mediabanka keçidФутболисты сборной России
Футболисты сборной России - Sputnik Azərbaycan
Abunə olmaq
"beIN Sports" ərəb telekanalı bundan əvvəl WADA-nın futbol üzrə millisinin 2020-ci il Dünya çempionatından kənarlaşdırıldığı barədə xəbər yayıb

BAKI, 5 fevral — Sputnik. Ümumdünya Antidopinq Agentliyi (WADA) futbol üzrə Rusiya milli komandasının Qətərdə keçiriləcək DÇ-2022-də iştirakına qadağa qoymayıb.

Логотип Всемирного антидопингового агентства, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Başlarına gəlməyən qalmadı: RUSADA WADA ilə müqavilə bağladığı üçün cərimələnib

Sputnik Azərbaycan Rusiya mətbuatına istinadla xəbər verir ki, FİFA (Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası) Rusiya millisinin dünya çempionatından kənarlaşdırılması ilə bağlı iddiaları təkzib edib. Rusiya Futbol Şurasının mətbuat xidməti də bu haqda heç bir məlumat almadıqlarını bəyan edib.

Qeyd edək ki, "beIN Sports" ərəb telekanalı bundan əvvəl WADA-nın futbol üzrə millisinin 2020-ci il Dünya çempionatından kənarlaşdırıldığı barədə xəbər yayıb. İddiaya görə, Rusiya tərəfi artıq bununla bağlı məlumatlandırılıb. Belə bir qərarın verilməsinə isə Moskvadakı antidopinq laboratoriyasında dopinq testlərin manipulyasiyasının səbəb olduğu bildirilirdi.

WADA-nın niyyəti: başdan-başa klounada, yoxsa britaniyalıların sui-qəsd nəzəriyyəsi

2019-cu ilin dekabrında WADA Rusiyanı 4 illik beynəlxalq yarışlardan kənarlaşdırmaq barədə qərar qəbul edib. Söhbət Olimpiya oyunlarından və dünya çempionatlarından gedir. WADA təmsilçisi Conatan Teylor Rusiya yığmasının 2022-ci mundialına vəsiqə qazanacağı təqdirdə neytral statusda oynaya biləcəyini açıqlamışdı.

Rusiya antidopinq agentliyi rəsmi olaraq verilən qərarla razılaşmayıb. Yaxın günlərdə sanksiya ilə bağlı İdman arbitraj məhkəməsi yenidən məsələyə baxacaq.

Xəbər lenti
0