BAKI, 4 fevral — Sputnik. Çində yeni növ koronavirusdan ölənlərin sayı 425-ə çatıb.
Sputnik Azərbaycan "Reuters" istinadən xəbər verir ki, bu barədə Çinin Səhiyyə üzrə Dövlət Komitəsi məlumat yayıb. Məlumatda qeyd olunur ki, ümumilikdə bu virusa yoluxanların sayı 20 mini keçib. Ötən gün koronavirusdan ölənlərin sayı 361 idi.
Bu virusla yoluxma faktları Çindən başqa bir çox ətraf ölkələrdə, eləcə də Fransada, Almaniyada və ABŞ-da qeydə alınıb.
Çin epidemiyanın qarşısını almaq üçün artıq paytaxt Pekin də daxil olmaqla bir sıra böyük şəhərlərə giriş-çıxışı bağlayıb.