Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Azərbaycan daha bir Avropa çempionatına ev sahibliyi edəcək

© © Equestrian Federation of Azerbaijan RepublicBakıda polo üzrə Dünya Kuboku başlayacaq
Bakıda polo üzrə Dünya Kuboku başlayacaq - Sputnik Azərbaycan
Abunə olmaq
Dünya Polo Federasiyasının Baş Assambleyasında 2020-ci ildə çempionatın məhz Bakı şəhərində, Azərbaycanda keçirilməsi qərarının verilməsi də bu idman növündə Azərbaycanın qazandığı böyük nüfuzun daha bir ifadəsi olub.

BAKI, 4 fevral — Sputnik. Azərbaycan ilk dəfə polo üzrə Avropa çempionatına ev sahibliyi edəcək. Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Atçılıq Federasiyasından məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin atçılıq idmanının inkişafına ali diqqət və qayğısı sayəsində son illər ərzində qədim tarixə malik atçılıq mədəniyyətimizin dünya miqyasında təbliğ edilməsi sahəsində önəmli nəticələr əldə olunub və atçılıq idman növü üzrə idmançılarımız beynəlxalq səviyyədə böyük nüfuz qazanıblar.

Belə ki, təkcə 2018-ci ilin sentyabr ayında İtaliyanın Florensiya şəhərində keçirilən sonuncu Avropa çempionatında milli yığmamızın bütün rəqiblərini geridə qoyaraq yalnız final mərhələsində İtaliya yığmasına məğlub olmaqla turnirin gümüş medallarını qazanması bütün atçılıq idmanı mütəxəssisləri tərəfindən çox böyük nailiyyət kimi qiymətləndirilib.

3 il əvvəl Dünya Polo Federasiyasının Baş Assambleyasında 2020-ci ildə çempionatın məhz Bakı şəhərində, Azərbaycanda keçirilməsi qərarının verilməsi də bu idman növündə Azərbaycanın qazandığı böyük nüfuzun daha bir ifadəsi olub.

Qeyd edilib ki, artıq 10-20 sentyabr 2020-ci il tarixlərində Bakı şəhərində təşkil olunacaq növbəti - 13-cü Polo üzrə Avropa Çempionatında iştirak edəcək komandalar reytinq xallarına əsasən artıq məlum olub.

Çempionatda Avropanın ən mötəbər tədbirlərindən sayılan bu çempionatda 8 ən yaxşı komanda iştirak edəcək. Çempionata ev sahibliyi edəcək Azərbaycan və hazırki Avropa çempionu İtaliya turnirdə birbaşa iştirak hüququ əldə ediblər. Digər komandalar isə Fransa, İngiltərə, İspaniya, İsveçrə, Hollandiya və Avstriya olacaq.

"Önəmlidir ki, bu milli yığmalar Avropanın ən titullu komandalarıdır. Onlardan – İngiltərə 6 qat Avropa çempionu, Fransa və İtaliya – 2 qat Avropa çempionlarıdır. İspaniya və İrlandiya yığmaları isə 1 dəfə Avropa birinciliyinin ən yüksək pilləsinə yüksələ biliblər", - deyə məlumatda qeyd edilib.

Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakı şəhərində keçiriləcək Avropa Çempionatında iştirak edəcək milli komandanın tərkibi də müəyyən edilib. Heyət Argentinada keçirilən çempionat qabağı ilk təlim-məşq toplanışından yanvar ayında geri qayıdıb. Növbəti təlim-məşq toplanışı yenidən Argentinada mart ayından etibarən 90 günlük təşkil olunacaq.

13-cü Avropa çempionatının keçiriləcəyi Binə Atçılıq Mərkəzinin ərazisində hazırda ümumi sahəsi 7 hektardan artıq olan, təxminən 8 tam ölçülü futbol meydançası böyüklüyündə meydançanın inşasına başlanılıb və işlər sürətlə davam etdirilir.

Xəbər lenti
0