CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Berrimor, şama nə yeyəcəyik? Kotlet, ser, yulaf kotleti...

© pixabay / TapisRougeAxşam yeməyi, arxiv şəkli
Axşam yeməyi, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Ekspertlər deyirlər ki, ölkəmizdə olan heyvanları bəsləyə bilmədiyimizdən məhsuldarlıq aşağıdır. Bir tərəfdən də Azərbaycana gətirilən heyvanların qiyməti artır. Belə getsə, Şerlok Holms kimi yulaf sıyığının ümidinə qalacağıq...

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 3 fevral — Sputnik. 2019-cu ildə Azərbaycandan 128,67 min dollar dəyərində diri heyvan ixrac edilib. 2018-ci ildə isə bu göstərici 393.07 min dollar təşkil edib. Beləliklə, 2018-ci ilə müqayisədə 2019-cu ildə diri heyvan ixracı dəyər ifadəsində 264.4 min dollar azalıb.

Коровы в частном фермерском хозяйстве - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Qonşudan sərt qərar: Onların cibi dolacaq, bizim cibimizdə isə siçanlar oynayacaq

Sputnik Azərbaycan-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, 2019-cu ildə ölkəyə 59 753.28 min dollar dəyərində diri heyvan idxal edilib. 2018-ci ildə isə bu rəqəm 57 547.65 min dollar olub. Beləliklə, diri heyvan idxalı dəyər ifadəsində 2 205.63 min dollar (3,8%) artıb. Bu, ölkə üzrə cəmi idxalın 0,44%-i təşkil edib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci il yanvarın 1-i vəziyyətinə ölkə üzrə 8296,3 min baş qoyun və keçi, 2658,1 min baş iribuynuzlu mal-qara, o cümlədən 1281,2 min baş inək və camış mövcud olub. 2019-cu il yanvarın 1-nə nisbətən qoyun və keçilərin sayı 7,8 min baş (0,1 faiz), iribuynuzlu mal-qaranın sayı 0,7 min baş (0,03 faiz) azalıb, inək və camışların sayı isə 2,1 min baş (0,2 faiz) artıb. Qaramal naxırının 48,2 faizini inək və camışlar təşkil edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin dosenti Qadir Bayramlı Sputnik Azərbaycan-a açıqlamasında idxalda artım məsələsindən danışıb.

Ekspert deyib ki, ölkəmizdə heyvanların sayı ilə bağlı problem yoxdur: "2,5 milyon başdan çox iribuynuzlu mal-qara, 8 milyon başdan çox qoyun və keçi var və bu, aşağı göstərici deyil. Amma bunlar ekstensiv üsulla bəslənir, yəni ət, süd və yun üzrə məhsuldarlıq aşağıdır. Xaricdən ölkəmizə cins mal-qara gətirilməsi təcrübəsi var. Sovet dövründə xüsusilə Pribaltika ölkələrindən, Rusiyadan, Ukraynadan cins mal-qara Azərbaycana gətirilirdi. İndi isə daha uzaq xaricdən də (Avropadan və s.) respublikamıza gətirilir. Xaricdən gətirilən cins mal-qaranın ölkəmizdəki iqlim şəraitinə uyğunluq məsələsi nəzərdən keçirilməlidir. Onların ancaq damazlıq məqsədilə gətirilməsi məqsədəuyğundur. Xaricdən gətirilən cins mal-qara xüsusi şəraitdə yetişdirilərsə, faydası daha çox olar, amma bunları planlı, sistemli şəkildə gətirmək lazımdır".

"Azərbaycan öz potensialından istifadə edərsə, ət idxalına ehtiyacımız olmaz. Yem bazasının zəif olması, məhsuldarlığın aşağı olması, kreditin yetərsiz olması, dərmanlarla təchizatda zəiflik heyvandarlığın əsas problemləridir. Yaylaqların xeyli hissəsi zəbt edilib. Həmçinin yaylaqlarda otlaqların keyfiyyəti yaxşılaşdırılmalıdır", - deyə ekspert qeyd edib.

Onun sözlərinə görə, ölkəmizin təbii şəraiti imkan verir ki, özümüzü zəruri heyvandarlıq məhsulları ilə təmin edək və ixracını həyata keçirək: "Son dövrlərdə aqroparkların yaradılması bu sahədə ümidverici oldu, amma görünür, hələlik onların fəaliyyəti yetərli səviyyəyə çatmayıb. Təşviq addımları atılarsa, bu sahədə dönüş yaratmaq olar. Fermerlərə şərait yaratmaq lazımdır ki, heyvanlarını vasitəçilərlə deyil, birbaşa bazara çıxara bilsinlər. Bunun üçün bölgələrdə tədarük məntəqələri yaradıla bilər".

Heyvandarlıq təsərrüfatı, arxiv şəkli - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Alagözün identifikasiyası": bundan sonra heyvanlara 100 gün ömür bağışlayacaqlar

"Bizdə bu istiqamətdə ixracın payı cüzidir. Ölkədə heyvandarlıq məhsullarına tələbat var və buna uyğun istehsal olmalıdır. Bu məsələlərə kompleks yanaşma olmalıdır. Eyni zamanda, heyvanların dəqiq statistikası aparılmalıdır", - deyə o əlavə edib.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Tədqiqatlar Mərkəzinin analitika departamentinin direktor müavini Səadət Hacıyeva Sputnik Azərbaycan-a deyib ki, hər il ət üçün təqribən 100 min baş diri iribuynuzlu heyvan ölkəyə idxal edilir: "2019-cu ilin 11 ayında idxal edilən diri iribuynuzlu heyvanların sayı 11% azalsa da, idxalın dəyəri 8% artıb. Buradan aydın olur ki, idxal edilən heyvanların qiymətləri 2018-ci ilə nisbətən bahalaşıb. Bu da qlobal bazarda ətin qiymətlərinin qalxması ilə izah edilə bilər. Belə ki, dünya bazarında 2019-cu ilin 4-cü rübündən etibarən ətin qiymətlərində artım müşahidə edilir. Diri qoyunların idxalında da artım olub. 2019-cu ilin 11 ayında dəyər ifadəsinə diri qoyun idxalı 60% artıb".

"Ümumiyyətlə, ölkədə ət istehsalı 2019-cu ildə 3% artıb. İdxal edilən ətlik istiqamətli diri heyvanlar isə əsasən emal sənayesinin və turizm sektorunun tələbatına uyğun olaraq idxal edilir. Qida emalı sektoru və turizmin inkişafı ilə əlaqədar ət və ətlik heyvan idxalının artımı məqbul hesab edilir", - deyə S.Hacıyeva bildirib.

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2019-cu ildə ölkədə diri çəkidə ət istehsalı 3 faiz artaraq 573,3 min ton, süd istehsalı 2,4 faiz artaraq 2129,4 min ton, yumurta istehsalı 9 faiz artaraq 1827,1 milyon ədəd və yun istehsalı 1,6 faiz artaraq 16,1 min ton olub. 2019-cu ildə hər inək və camışdan orta hesabla 1636 kiloqram süd sağılıb (2018-ci ildə 1589 kq).

Xəbər lenti
0