Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Qonşudan sərt qərar: Onların cibi dolacaq, bizim cibimizdə isə siçanlar oynayacaq

© Sputnik / Sait Tsarnayev / Mediabanka keçidКоровы в частном фермерском хозяйстве
Коровы в частном фермерском хозяйстве - Sputnik Azərbaycan
Abunə olmaq
"Qaydaların sərtləşdirilməsindən sonra bu, Gürcüstandan diri mal-qara idxal edən ölkələrin bazarlarına müəyyən dərəcədə təsir edəcək"

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 26 noyabr — Sputnik. Gürcüstandan mal-qaranın ixracına tətbiq edilən məhdudiyyətin sərtləşdirilməsi planlaşdırılır. Bununla bağlı Gürcüstanın Ətraf Mühit və Kənd Təsərrüfatı Nazirliyi qanun layihəsi hazırlayıb və ilin sonunadək parlamentə təqdim ediləcək. Layihəyə görə, ixrac olunacaq iribuynuzlu mal-qaranın çəkisinin 140 kiloqramdan 200 kiloqrama qədər artırılması nəzərdə tutulub. 

Газовая конфорка, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Daxili tələb, ixrac və ərzaq təhlükəsizliyi: Hər şey bir nöqtədə cəmləşib
Ətraf Mühit və Kənd Təsərrüfatı nazirinin müavini Giorgi Xanişvili deyib ki, sərtləşdirilmə əsasən daxili bazarda ət çatışmazlığının yaranması ilə bağlıdır: "Son 3-4 ildə təxminən 500 min baş mal-qara ixrac olunub və bu, ölkədə mal-qaranın sayının azalmasına gətirib".

Qeyd edək ki, Gürcüstanın mal-qara ixrac etdiyi ölkələr arasında Azərbaycan da var. Hətta Azərbaycan idxal etdiyi mal-qaranın əsas hissəsini qonşu ölkədən gətirir. Əgər Gürcüstan hökuməti ixraca qoyulan məhdudiyyəti bir qədər də sərtləşdirsə, Azərbaycan əsas idxal mənbəyindən məhrum olacaq. Bu da qaçılmaz olaraq ətin qiymətinə təsir edə bilər.

Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli Sputnik Azərbaycan-a açıqlamasında hazırda məhdudiyyətlərin qlobal problem olduğunu deyib: "Buna təkcə Gürcüstan-Azərbaycan prizmasından baxmaq olmaz. Hazırda dünyada strateji məhsullar uğrunda ciddi mübarizə gedir. Bir neçə il əvvəl iri taxıl istehsalçıları olan Qazaxıstan və Rusiya da bəzi taxıl məhsullarına məhdudiyyət tətbiq edib. İran bir neçə dəfə bəzi məhsullara məhdudiyyət tətbiq edib. Dünyada xüsusən qırmızı ətə tələbat getdikcə artır".

O bildirib ki, Gürcüstandan Azərbaycana buzovlar (5-6 aylıq) gətirilir və burada çəkisini artırandan sonra satırlar: "Gürcüstanın bu addımının hansı səviyyədə bizə təsir edəcəyini proqnozlaşdırmaq çətindir. Amma ümumilikdə bu, ciddi siqnaldır. Yəqin bu prosesin nəticəsi olaraq digər ölkələr də daxili bazarı qorumaq tədbirləri həyata keçirəcəklər. Bu, ciddi bir siqnaldır ki, bununla bağlı biz də öz tədbirlərimizi görməliyik".

"Azərbaycanda qırmızı və ağ ətə olan tələbatın 70-80 faizini daxili istehsal hesabına təmin edirik. Yəni 100 faiz təmin etməni özümüz həyata keçirsəydik, deyə bilərdik ki, Gürcüstanın bu addımı bizə təsir etməyəcək. Ona görə də təcili tədbirlər görülməlidir ki, ölkədə olan naxır sürüsünün keyfiyyət göstəriciləri yüksəlsin. Azərbaycanda qırmızı və ağ ətə olan tələbatı tam təmin etmək üçün çox ciddi potensialımız var. Kompleks tədbirlər həyata keçirilsə, daxili istehsal hesabına özümüzü tam təmin edə, hətta ixrac edə bilərik", – deyə ekspert əlavə edib.

İqtisadçı-ekspert Natiq Cəfərli isə Sputnik Azərbaycan-a deyib ki, Gürcüstanın 200 kiloqrama qədər olan diri mal-qaranın ixracına qadağası bir sıra amillərə görədir: "Bu, təkcə Azərbaycanla bağlı deyil. Türkiyə də Gürcüstandan kifayət qədər mal-qara idxal edir. Bu da Gürcüstanda mal-qaranın azalmasına, yerli bazarda sürətli qiymət artımına səbəb olur. Qaydaların sərtləşdirilməsindən sonra bu, Gürcüstandan diri mal-qara idxal edən ölkələrin bazarlarına müəyyən dərəcədə təsir edəcək. Azərbaycan bu ölkədən diri mal-qara idxal edən əsas ölkələrdən biridir. Bu addımın Azərbaycanda da qiymətlərə müəyyən dərəcədə təsir etməsi mümkündür".

Stəkanda süd - Sputnik Azərbaycan
Süd məhsullarına antibiotik qatırmışlar - Azərbaycanda

Onun sözlərinə görə, əsasən də Yeni il qabağı ətin qiymətinin qalxması ehtimalı çox yüksəkdir: "Bu, həm də onunla əlaqədardır ki, Azərbaycanda istehlak artıb, amma istehsalın artım templəri istehlakın artımına uyğun deyil. İstehsalda müəyyən artım olsa da istehlak da artıb. Ölkəyə gələn turistlərin sayında da artım var. Gürcüstanın bu addımından sonra Azərbaycanda ətin qiymətinin bahalaşması ehtimalı çox yüksəkdir".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin oktyabrın 1-nə ölkə üzrə 2 milyon 669,4 min baş iribuynuzlu mal-qara, o cümlədən 1 milyon 284 min baş inək və camış, 8 milyon 451,9 min baş qoyun və keçi mövcud olub.

Ötən il oktyabrın 1-nə nisbətən iribuynuzlu mal-qaranın sayı 17,1 min baş (0,6 faiz), o cümlədən inək və camışların sayı 7 min baş (0,5 faiz), qoyun və keçilərin sayı isə 97,5 min baş (1,1 faiz) azalıb.

Xəbər lenti
0