Уникальные бакинские здания, созданные в стиле модерн - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanın mədəni həyatında baş verən önəmli hadisələr

Bu mahnı hamını təəccübləndirir...

© Pexels BurstПарень слушает музыку, фото из архива
Парень слушает музыку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Bu duyğu xaosu içində, xüsusən də mənfi yüklü hiss və həyəcanlarımızın bol olduğu dönəmdə belə bir hadisə ilə rastlaşmaq mənə qəribə bir sevinc yaşatdı və milli musiqimizin hələ yaşadığına dair ümidlərim artdı

BAKI, 3 fevral — Sputnik. Bir müddət əvvəl maraqlı bir hadisə ilə üzləşmişəm və bir xeyli təəccüblənmişəm. Bunu sizinlə bölüşməsəm, olmaz. Bilirəm ki, siz də hadisədən agah olanda təəccüblənəcəksiniz.

Milli musiqimizin ən qatı dinləyicilərindənəm. Həm çox dinləməkdən, həm də müəyyən qədər axtarıb-araşdırmaqdan olsa gərək, milli musiqimizin nəzəriyyəsinə də bir az bələdəm. Ən böyük təlaşlarımdan biri də bu idi ki, son illər bəstələnən mahnılar arasında milli üslub, klassik bəstəkarlıq məktəbimiz qorunmur. Düzü, milli bəstəkarlıq məktəbimizə sədaqətini qoruyub saxlayan və musiqi arxivimizə bu üslubda bir xeyli bəstələr bəxş edən sonuncu bəstəkar kimi də Rauf Məmmədovu tanıyıram.

Народный артист Азербайджана Алим Гасымов - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Alim Qasımov: "Qaydasız döyüş kimiydi, kim haradan gəldi vururdu" - VİDEO

Bir müddət əvvəl indi xatırlamadığım hansısa məqamda rastıma çıxdı ki, özbək müğənni Yıldız Turdiya “Qara guzi” adlı Azərbaycan mahnısı oxuyub. Açıb dinlədim. İstedadlı xanım müğənni, professional bir ansamblın müşayiəti ilə “Qara gözlüm” mahnısını oxuyur:

“Yoxdur neçə vaxtdır nə qərarım, nə güzarım.

Getmiş, məni yad eyləməmiş sevgili yarım.

Mən onun yollarını, gör nə qədər gözləmişəm.

O mənim qəlbimə daşmış, mən onu bilməmişəm.

Yatmayıb sübhə qədər fikri-xəyal eyləmişəm,

Axı mən sevdiyimi nazlı yara söyləmişəm...”

 Bilmirəm, o, hansı səs idi ki, mənə pıçıldayıb, bu mahnının Məmmədbağır Bağırzadənin mahnısı olduğunu deyirdi. Bu məqamda ürəyimdən mərhum sənətkarı dinləmək keçdi və elə “Məmmədbağır Bağırzadə - Qara gözlüm” yazıb axtarışa verdim. Qarşıma sənətkarın “Qara gözlü dilbərim” mahnısı çıxdı. Yox, axı bu mənim axtardığım deyildi. Mən Məmmədbağır Bağırzadənin “Qara gözlüm” mahnısını axtarırdım, hansı ki, özbək müğənni də həmin mahnını oxuyub.

Elə tez-tez musiqi barədə, xüsusən də milli musiqi barədə müzakirələr etdiyim, həm də musiqimizi bildiyinə arxayın olduğum dostlarımdan bir neçəsini yığdım və bu mahnını zümzümə edib soruşdum ki, kimin mahnısıdır? Biri Rübabə Muradova dedi, bir digəri Zeynəb Xanlarova dedi, başqa biri Əlibaba Məmmədov dedi, mən ağılda olan bir başqası da Məmmədbağır Bağırzadə dedi. Bunların hamısını axtardım, amma heç biri bu mahnını ifa etməmişdi.

Дистанционный пульт управления от телевизора, фото из архива - Sputnik Azərbaycan
YAZARLAR
Dəyişən, yeniləşən televiziya gəldi – İndi növbə onu izləyən tamaşaçınındır

Bu, artıq prinsip məsələsi idi. “Qara gözlüm” də elə addır ki, internet resurslarında axtarışa verəndə həddən artıq çox materialla qarşılaşırsan. Bunların arasında Rübail Əzimov adlı bir müğənninin bu mahnını ifa etdiyini gördüm və dərhal açdım. Həm də bu, klip idi. Düşündüm ki, hər halda klipdə bəstəkarın və şairin adı yazılacaq və mən bunun vasitəsi ilə köhnə ifalardan birini tapacam. Bəstəkarlardan ağlıma ilk gələn Bəhram Nəsibov oldu. Bəhram Nəsibov tərzinə çox yaxındır bu mahnı. Mərhum bəstəkarın “Səni qəmli görəndə”, “Sən də həmdəm, mən də həmdəm”, “Var gülüşündə”, “Xatırla məni” kimi mahnıları ilə ruhi yaxınlığı var bu mahnının. Ardınca da öz-özümə pıçıldadım ki, Bəhram Nəsibovun olmazsa da, Qənbər Hüseynli, Ələkbər Tağıyev, Şahid Əbdülkərimov, Şəfiqə Axundova, Əlibaba Məmmədov, ya da elə Rauf Məmmədovun – yəni, bunlardan birinin bəstəsi olacaq.

Qəfil klipdəki təqdimat yazısını gördüm: sözləri və musiqisi Rübail Əzimovun imiş. Nə yalan deyim, əvvəlcə, inanmadım. Texniki səhvdir, xətadır dedim. İnternetdən yararlana biləcəyim əlavə bir neçə mənbədən axtardım və bütün mənbələr mahnının sözlərinin də, musiqisinin də Rübail Əzimova məxsus olduğunu deyirdi. Rübail Əzimov da 60-70 yaşlarında deyil, elə bizim kimi gənc bir oğlandır. Bəh, bəh! Həyat davam edirmiş ki...!

Bu duyğu xaosu içində, xüsusən də mənfi yüklü hiss və həyəcanlarımızın bol olduğu dönəmdə belə bir hadisə ilə rastlaşmaq mənə qəribə bir sevinc yaşatdı və milli musiqimizin hələ yaşadığına dair ümidlərim artdı. Bəli, Bəhram Nəsibovun, Əlibaba Məmmədovun, Şəfiqə xanım Axundovanın bəstəkarlıq məktəbi hələ də yaşamaqdadır.

Qəribədir ki, Rübail Əzimovun “Qara gözlüm” mahnısında sözlər də musiqi ilə milli ruhda bir vəhdət təşkil etməkdədir:

Sordum yarımı yollara, neylim, gələnim yox!

Bir dərdə salıbdır, məni, halım bilənim yox!

Украинский музыкант азербайджанского происхождения Хан Бейли, фото из архива - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
ABŞ-dakı Xan Bəyli Azərbaycan musiqisi ilə amerikalıların könlünü fəth edib - VİDEO

Qara gözlüm, qara qaşlım, ürəyim qan elədi!

Salıb eşqin oduna, sonra pərişan elədi!

Sənətçi istedadlı bəstəkar olmaqla yanaşı, həm də istedadlı söz yazarıdır. Bu istedad – bu ruhi və zehni enerji özünün maddəyə çevrilmək formasını o qədər möhtəşəm tapıb ki, belə bir mahnı ərsəyə gəlib. Bilmirəm, Rübail Əzimov muğam məktəbi görüb, ya yox. Çünki bu mahnını bəstələmək muğam məktəbindən agah olmağı tələb edir. O, bu yöndə təhsil almayıbsa da, milli mahnı bəstəkarlığında kifayət qədər mahirdir, şübhəsiz.

Sənətçinin digər mahnıları ilə də tanış oldum. Təəssüf hissi ilə qeyd etməliyəm ki, bəstəkarı olduğu mahnıların əksəriyyəti ümumi şərq musiqisinə, xüsusi ilə ərəb-fars musiqi üslubuna xasdır. Cənubi Azərbaycan ruhu “Qara gözlüm” mahnısında da duyulur, lakin bu tərz Şimali Azərbaycan bəstəkarlarının yaradıcılığında çoxdan özünün ən uğurlu formasını tapıb və artıq tamamilə özümüzünküləşib.

Nəhayət, gözümüz aydın olsun! Rübail Əzimovdan milli üslublu yeni mahnıların gəlməsi diləyi ilə...

Xəbər lenti
0