CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Siqaretin qiyməti bahalaşdı – Hər qutuda 30 qəpik...

© Sputnik / Konstantin ChalabovПродажа сигарет, фото из архива
Продажа сигарет, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Siqaretlərin qiymətində artımı mağaza sahibləri də, topdansatışı həyata keçirən obyektlərdən də təsdiqləyiblər

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 1 fevral — Sputnik. Azərbaycanda siqaret bahalaşıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu gündən bir sıra mağazalarda siqaretlərin qiymətində 0,30 AZN bahalaşma qeydə alınıb.

Стоп курению - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda siqaret çəkən şagirdlərin sayı bilindi

Faktı mağaza sahibləri də təsdiqləyib. Sahibkar Esmira Nuriyeva Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bu gün siqareti Binəqədi qəsəbəsində yerləşən topdan satış obyektindən baha qiymətə alıb: "Kent-4", "Kent-8" siqaretinin bir blokunu topdansatışdan 27 manat 25 qəpik alırdıq. Bu gündən qiyməti qalxıb olub 29 manat 90 qəpik. "Winchester"in bir blokunu 17, 25 qəpikdən topdan alırdıq. Bu gündən onun da qiyməti 19 manat 95 qəpiyə qalxıb. "Sobranie" siqareti 27,50 qəpiyə idi. Bu gün bütün topdansatış obyektlərində 30 manat olub. "West"i 14 manat 40 qəpiyə alıb bir ədədini 1 manat 70-qəpiyə satırdıq. İndi bir bloku 17 manat 20 qəpikdir".

Sahibkar deyir ki, hər siqaretdə onlara 26 qəpik pul qalırmış. Bu gündən isə siqaretin bir blokunda 3 manat bahalaşma var.

Siqaretlərin qiymətində artımı Sputnik Azərbaycan-a topdan satışı həyata keçirən obyektlərdən də təsdiqləyiblər. Satış direktorları bildiriblər ki, siqaretin qiyməti süni artmayıb: "Bizə ən çox alınan siqaretlərin bir bloku 27 manata gəlirdi. Bahalaşandan sonra biz satışa 29,90-a buraxırıq".

Xəbər lenti
0