Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

“Yeddi Günbəz”də qətl törədilib – Gənc oğlanı qəbiristanlıqda öldürdülər

© Sputnik / Ilham AhmadovŞamaxı şəhəri ərazisində yerləşən yeddi günbəz türbələr kompleksi
Şamaxı şəhəri ərazisində yerləşən yeddi günbəz türbələr kompleksi - Sputnik Azərbaycan
Abunə olmaq
1991-ci il təvəllüdlü Hacıyev Orxan Asif oğlu üzərində olan mətbəx bıçağı ilə Şamaxı şəhər sakini 1995-ci il təvəllüdlü Surxayev Ruslan Adil oğlunun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə zərbə endirib

BAKI, 1 fevral — Sputnik. Şamaxıda qəbiristanlıqda qətl hadisəsi baş verib.

Sputnik Azərbaycan-ın məlumatına görə, hadisə fevralın 1-də gecə saat 1 radələrində şəhərin "Yeddi Günbəz" qəbiristanlığında qeydə alınıb.

Yevlax rayonunun Yuxarı Qarxun kənd qəbiristanlığı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda ölülərin üz döndərdiyi qəbiristanlıq - Müəmma çözüldü

Şamaxı şəhər sakini 22.07.1991-ci il təvəllüdlü Hacıyev Orxan Asif oğlu aralarında yaranmış mübahisə zamanı üzərində olan mətbəx bıçağı ilə Şamaxı şəhər sakini 26.04.1995-ci il təvəllüdlü Surxayev Ruslan Adil oğlunun bədəninin müxtəlif nahiyələrinə 5 dəfə zərbə endirib. Nəticədə Ruslan Surxayev aldığı xəsarətlərdən ölüb.

Daxil olan məlumat əsasında hadisə yerinə və meyitə baxış keçirilib, meyit daxili müayinə olunmaq üçün "MTE və PA ETT Birliyinin" Şamaxı rayon şöbəsinin morquna təhvil verilib.

Faktla bağlı Şamaxı rayon prokurorluğunda Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsilə cinayət işi başlanıb, Hacıyev Orxan Asif oğlu cinayəti törətməkdə şübhəli şəxs qismində saxlanılıb.

Xəbər lenti
0