CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda ölülərin üz döndərdiyi qəbiristanlıq - Müəmma çözüldü

© Sputnik / Ilham MustafayevYevlax rayonunun Yuxarı Qarxun kənd qəbiristanlığı
Yevlax rayonunun Yuxarı Qarxun kənd qəbiristanlığı - Sputnik Azərbaycan
Abunə olmaq
"Şəriətə görə, dəfn edilən meyit sağ çiyni üstə qoyularkən üzü qibləyə olmalıdırsa, bu qəbirlərdəki ölülərin başının arxası o istiqamətə baxır"

İlham Mustafa, Sputnik Azərbaycan

BAKI, 30 yanvar — Sputnik. Yevlax rayonunun Yuxarı Qarxun kənd qəbiristanlığının yaşı iki əsrədək gedib çıxır. Məzarlıq rayon mərkəzinə yaxın yerləşdiyindən burada şəhər sakinləri də dəfn edilir.

Bu qəbiristanlığı digərlərindən fərqləndirən isə buradakı qəbirlərin bir-birinə əks istiqamətə baxmasıdır. Kənd sakinlərinin sözlərinə görə, dəfn edilənlərin hamısı müsəlman olmasına baxmayaraq, 70-dək qəbir digərlərindən fərqlənir. Hətta elə ər-arvad qəbirləri var ki, onlardan birinin üzü qibləyə, digərinin üzü isə başqa istiqamətə basdırılıb.

Sputnik Azərbaycan-ın bölgə müxbiri sözügedən məsələ ilə bağlı Yuxarı Qarxun kəndində yaşayan molla Zaməddin Salahovla söhbətləşib. Molla üzü qiblə istiqamətinə olmayan qəbirlərin Yevlaxda yaşayan qaraçı tayfalarına aid olduğunu deyib.

© Sputnik / Ilham MustafayevYuxarı Qarxun kəndində yaşayan molla Zaməddin Salahov
Yuxarı Qarxun kəndində yaşayan molla Zaməddin Salahov - Sputnik Azərbaycan
Yuxarı Qarxun kəndində yaşayan molla Zaməddin Salahov

"Yevlaxda bir-birindən fərqli iki qaraçı tayfası var ki, onların hər ikisi müsəlmandır, xeyirləri-şərləri, bir qayda olaraq, şəriətə uyğun aparılır. Bu tayfalar ötən əsrin ortalarında Yevlax ərazisinə gələrək Yuxarı Qarxun kəndi yaxınlığında çadırlar quraraq yerləşiblər və ölülərini də bu məzarlıqda dəfn ediblər", — o danışıb.

Z.Salahovun sözlərinə görə, Xruşşovun (1953-1964-cü illərdə Sov.İKP MK Baş katibi) qaraçıların köçəri yaşamalarını qadağan etməsi və onlara istədikləri yerdə məskunlaşa bilmək ixtiyarı verilməsindən sonra qaraçılar Yevlax şəhəri ərazisində məskunlaşıblar: "Bundan sonra da ölülərini yenə Yuxarı Qarxun məzarlığında dəfn ediblər".

© Sputnik / Ilham MustafayevYevlax rayonunun Yuxarı Qarxun kənd qəbiristanlığı
Yevlax rayonunun Yuxarı Qarxun kənd qəbiristanlığı - Sputnik Azərbaycan
Yevlax rayonunun Yuxarı Qarxun kənd qəbiristanlığı

Qəbirlərin əks istiqamətlərdə basdırılmasına gəlincə isə, molla bunun onların başqa dinlərə sitayişdən irəli gəlmədiyini, sadəcə bilməməzlikdən, vaxtında düzgün istiqamət verilmədiyindən olduğunu bildirib: "Əvvəllər onlara göstərib, başa salan olmayıb və nəticədə bir neçə qəbir düzgün qazılmayıb. Sonradan tayfadan ölən olduqca əvvəlki qəbirlərə uyğun dəfn edilib".

"İndi isə başa salırıq ki, belə qəbir forması şəriətə uyğun deyil. Qəbir elə qazılmalıdır ki, ölü sağ çiyni üzərinə qoyularkən üzü qibləyə baxsın. Bunların isə başlarının arxası qibləyə baxır", — deyə molla əlavə edib.

Müsahibimiz əksər insanların dediklərinə əməl etdiyini bildirsə də, bəzilərinin "mənim atam bu istiqamətdə dəfn edilib, mən də belə edirəm deyib" öz bildiklərini edənlərin də olduğunu deyib.

Xəbər lenti
0