Бакинский Олимпийский стадион, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Ölkənin və dünyanın idman həyatına dair məlumatlar

Qış transferində ən çox pul xərcləyən klub bəlli olub

© Sputnik / Murad OrujovФутбольные мячи, фото из архива
Футбольные мячи, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Transferə ən çox pul xərcləyən ikinci klub İtaliya "Napoli"si (65,5 milyon avro, 10 oyunçu), üçüncü klub Fransa liqasında yarışan "Monako" (62 milyon avro, 9 oyunçu) olub.

BAKI, 1 fevral — Sputnik. "Herta" qış transfer pəncərəsində Avropada ən çox pul xərcləyən klub olub.

Итальянский футболист Джузеппе Панико, фото из архива - Sputnik Azərbaycan
İDMAN
Az qalıb - "Qarabağ" İtaliyanın gələcək ulduzunu transfer edir

Sputnik Azərbaycan xəbər verir ki, Berlin təmsilçisi transferlərə görə, 98 milyon avrosundan keçməli olub. Bu haqda "transfermarkt.de" nəşri məlumat yayıb. Onlar "Milan"dan hücumçu Kşiştof Pyenteki 27 milyon, "Lion"dan Luka Tuzarı 25 milyon (mövsümün sonuna qədər Fransada icarədə qalacaq), "Uotford"dan yarımmüdafiəçi Dodi Lukebakionu 20 milyon, "RB Leyptsiq"dən hücumçu Mateus Kunyanı 15 milyon, "Ştutqart"dan yarımmüdafiəçi Santyaqo Askasibarı 11 milyon avroya heyətinə qatıb. Bu oyunçuların orta yaş həddi 22-dir. Qış fasiləsi zamanı komandanı 8 oyunçu tərk edib. Onlardan 7-si icarəyə göndərilib, bir nəfərə isə azad agent statusu verilib. "Herta" bu keçidlərə görə heç nə qazanmayıb.

Transferə ən çox pul xərcləyən ikinci klub İtaliya "Napoli"si (65,5 milyon avro, 10 oyunçu), üçüncü klub Fransa liqasında yarışan "Monako" (62 milyon avro, 9 oyunçu) olub.

Bu qış transferdən ən çox qazanan isə Bruno Fernandeşi "Mançester Yunayted"ə satan "Sportinq"dir (55 milyon avro). İkinci yeri 3 futbolçusunu ümumən 52 milyon avroya satan Dortmund "Borussiya"sı, üçüncü yeri "Red Bull Zalsburq" (41 milyon, 4 oyunçu) tutur.

Xəbər lenti
0