AVRO-2020-yə həsr edilmiş “İntellektual Kubok” təşkil olunacaq

© Sputnik / Grigoriy Syisoev / Mediabanka keçidКубок чемпионата Европы по футболу 2020 года
Кубок чемпионата Европы по футболу 2020 года - Sputnik Azərbaycan
Abunə olmaq
“Nə? Harada? Nə zaman?” oyununun qaydaları ilə keçiriləcək yarışmada bütün suallar futbol üzrə Avropa çempionatları, eləcə AVRO-2020-nin ev sahibi şəhərlər haqqında olacaq.

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) xəbər verdiyi kimi, bu yay baş tutacaq Avropa çempionatının final mərhələsinin Bakıda keçiriləcək 3 qrup oyunu və 1/4 final mərhələsinin bir qarşılaşması ilə əlaqədar təşkil olunacaq silsilə tədbirlərdən biri AVRO-2020-yə həsr olunmuş “İntellektual Kubok”dur.

Мишель Платини атакует ворота испанцев в финале ЕВРО-1984 - Sputnik Azərbaycan
AVRO-1984: Platini adına çempionat

Turnirə qatılacaq iştirakçılar Avropa çempionatının tarixi, keçirilmiş maraqlı qarşılaşmalar, tanınmış futbolçular, habelə ev sahibi olan şəhərlərlə bağlı sualları düzgün cavablandırmağa çalışacaqlar. “İntellektual Kubok”da 40 komandanın iştirakı nəzərdə tutulur. Hər komandanın heyətində minimum 4, maksimum 6 oyunçu mübarizə apara bilər.

Yarış “Nə? Harada? Nə zaman?” intellektual oyununun qaydaları əsasında keçiriləcək. Oyun zamanı iştirakçılar əvvəlcədən müəyyənləşdirilmiş vaxt çərçivəsində sualları düzgün cavablandırmağa çalışacaqlar. İntellektual yarışın aparıcısı isə tanınmış televiziya və radio aparıcısı Fatehdir.

Bu gündən etibarən hər kəs euro2020.affa.az/az/intellectualcup linkinə keçid edərək qeydiyyat formasını doldura və komanda şəklində yarışda iştirak edə bilər. “İntellektual Kubok”da iştirak ödənişsizdir. Son qeydiyyat tarixi: 12 fevral, saat 23:59.

Tədbirin sonunda ilk 3 yerin sahibinə müvafiq olaraq kubok və medallar təqdim olunacaq. Eyni zamanda, hər 3 komandaya Bakıda keçiriləcək AVRO-2020 oyunlarından birinə biletlər hədiyyə ediləcək. Bundan əlavə, birinci yerə görə 1200 AZN, ikinci yerə görə 900 AZN, üçüncü yerə görə isə 600 AZN dəyərində pul mükafatı veriləcək.

Fevralın 16-da“Bulvar Hotel”də keçiriləcək “İntellektual Kubok” saat 11:00-da başlayacaq.

AVRO-2020

Futbol üzrə Avropa çempionatının 60 illik yubileyi münasibətilə bu ilin yayında qitə birinciliyinin oyunları 12 müxtəlif ölkənin şəhərlərində keçiriləcək.

XXII Олимпийские игры 1980 год в Москве. Перед началом матча за третье место.  Стадион Динамо. - Sputnik Azərbaycan
AVRO-1980: darıxdırıcı və maraqsız turnir

Oyunlara Amsterdam, Bakı, Bilbao, Buxarest, Budapeşt, Kopenhagen, Dublin, Qlazqo, London, Münhen, Roma və Sankt-Peterburq ev sahibliyi edəcəklər.

AVRO-2020 cümə günü, 12 iyun 2020-ci il tarixində Roma şəhərində başlayacaq və bazar günü, 12 iyul 2020-ci il tarixində, Londonda keçiriləcək final oyunu ilə bitəcək.

Azərbaycan paytaxtında 13, 17 və 21 iyun tarixlərində A qrupunun oyunları, iyulun 4-də isə 1/4 final matçı keçiriləcək.

Püşkün nəticəsinə əsasən, A qrupunda Türkiyə, İtaliya, Uels və İsveçrə milli komandaları yer alıb. Bakıda keçiriləcək oyunların təqvimini diqqətinizə çatdırırıq:

13 iyun, saat 17:00

Uels - İsveçrə

17 iyun, saat 20:00

Türkiyə - Uels

21 iyun, saat 20:00

İsveçrə - Türkiyə

4 iyul, saat 20:00

1/4 final oyunu

A qrupunda mübarizə aparacaq İtaliya milli komandası bu mərhələdəki hər 3 oyununu Roma şəhərindəki "Olimpiko" stadionunda keçirəcək.

AVRO-2020-nin açılış oyunu da məhz bu arenada keçiriləcək. "Olimpiko"da İtaliya və Türkiyə milliləri qarşılaşacaqlar.

Xəbər lenti
0