Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

Tibbi sığortanın bir ayı – Rəsmilər “yaxşıdır” deyir

© Depositphotos.com / EverythingpossЧеловек в медицинском халате ведет подсчет
Человек в медицинском халате ведет подсчет - Sputnik Azərbaycan
Abunə olmaq
Əsas məqsədlərdən birinin əhalinin səhiyyə xərcləri ilə maliyyə yükünün azaldılması olduğunu deyən V.Qurbanov əlavə edib ki, aprelin 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacaq

BAKI, 30 yanvar — Sputnik. "Yanvarın 1-dən şimal rayonlarında vətəndaşlar icbari tibbi sığorta sistemindən faydalanmağa başlayıblar".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "KIV nümayəndələrinin icbari tibbi sığorta sahəsində məlumatlılığının artırılması" mövzusunda keçirilən təlimdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov deyib.

© Sputnik / Zulfiyya Guluyevaİcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov
Tibbi sığortanın bir ayı – Rəsmilər “yaxşıdır” deyir - Sputnik Azərbaycan
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (İTSDA) Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanov

V.Qurbanov qeyd edib ki, bir aya yaxın müddətdə şimal bölgəsində icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı nəticələr qənaətbəxşdir: "Bu bölgədə tibb müəssisələrinə edilən müraciətlərin sayı dəfələrlə artıb. Artıq bahalı əməliyyatlar üzrə 700-ə yaxın müraciət edilib".

Əsas məqsədlərdən birinin əhalinin səhiyyə xərcləri ilə maliyyə yükünün azaldılması olduğunu deyən V.Qurbanov əlavə edib ki, aprelin 1-dən icbari tibbi sığorta haqqının toplanılmasına başlanılacaq.

Медсестра в коридоре больницы, фото из архива - Sputnik Azərbaycan
SƏHİYYƏ
İcbari tibbi sığorta üçün gözləmə müddəti açıqlandı

Departament rəhbəri qeyd edib ki, iki və daha çox yerdə işləyən, iki və daha çox mənbədən gəlir əldə edən şəxslər hər bir gəlir və iş yeri üzrə icbari tibbi sığorta haqqı ödəməlidir. Vətəndaş tibbi xidmətə müraciət etdikdə ilk müraciət edəcəyi ailə həkimi, ilkin səhiyyə müəssisələri olmalıdır. Hər bir ailə həkiminə 1800-2500 şəxs, ailə pediatrı həkimlərinə 800-ə qədər uşaq təhkim olunacaq.

V.Qurbanov bildirib ki, vətəndaş xəstəxanaya gəldikdə mütləq şəkildə şəxsiyyət vəsiqəsini təqdim edərək qeydiyyatdan keçməlidir: "Xəstə xəstəxanaya müraciət edərək "mənim burada yatmağıma icazə verin" deyə bilməz. Buna ixtisaslı həkimlər qərar verməlidirlər".

Xəbər lenti
0