Yeni təcili tibbi yardım avtomobilləri  - Sputnik Azərbaycan
SƏHİYYƏ
Tibb sahəsinə, xəstəliklərə, sağlamlıq mövzusuna dair materiallar

İcbari tibbi sığorta üçün gözləmə müddəti açıqlandı

© Sputnik / Anton Vergun / Mediabanka keçidМедсестра в коридоре больницы, фото из архива
Медсестра в коридоре больницы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Ambulator tibbi xidmətlər üçün gözləmə müddəti 14 gündür. Planlı stasionar xidmət üçün isə bu müddət 24 gün təşkil edir

BAKI, 30 yanvar — Sputnik. İcbari tibbi sığorta olunan xəstələr üçün tibbi xidmətlərin gözləmə müddəti açıqlanıb. Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə bu gün keçirilən tədbirdə İcbari Tibbi Sığorta Agentliyinin Tibbi xidmətlərin tarifləri şöbəsinin koordinatoru Səbinə Quliyeva məlumat verib.

O, bildirib ki, ambulator tibbi xidmətlər üçün gözləmə müddəti 14 gündür: “Planlı stasionar xidmət üçün isə bu müddət 24 gün təşkil edir”.

S. Quliyeva bildirib ki, təcili təxirəsalınmaz tibbi xidmət üçün isə sığortaolunanlar növbə gözləməyəcək: “Təcili təxirəsalınmaz tibbi xidmət üçün vətəndaşlara tibbi xidmət dərhal göstəriləcək”.

Xəbər lenti
0