CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Təhsilə də xeyirdir, şəhəri də xilas edəcək – Övladımızın bir qayğısından xilas oluruq

© AFP 2024 / FREDERIC J. BROWNШкольные автобусы, фото из архива
Школьные автобусы, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
"Bu həm sıxlığı aradan qaldıracaq, həm də təhsil üçün müəyyən effekt verəcək. Düşünürəm ki, belə avtobuslar Bakı şəhəri üçün heç bir problem yaratmayacaq. Bu addım uşaqlarımızın təhlükəsizliyi üçün atılan mühüm bir addımdır" - Eldəniz Cəfər

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 29 yanvar — Sputnik. Yeni tədris ilindən Bakının bir sıra məktəblərində şagirdlər üçün avtobuslar ayrılacaq. Sputnik Azərbaycan-ın xəbərinə görə, Təhsil naziri Ceyhun Bayramov 2019-cu ilin yekunlarına dair təşkil olunan mətbuat konfransında bu haqda danışıb.

Bakı məktəbində dərs prosesi, arxiv şəkli - Sputnik Azərbaycan
ELM
Paytaxtda məktəblilər üçün yenilik - gələn dərs ilindən başlanır

O bildirib ki, hazırda bu istiqamətdə Bakı Nəqliyyat Agentliyi ilə əməkdaşlığa başlanılıb: "Bakı Nəqliyyat Agentliyi ilə birgə səylərimiz nəticəsində 2020-ci ilin yeni tədris ilinə qədər Bakının bir sıra yerlərində şagird sayı çox olan məktəblər üçün avtobus sisteminin təşkil edilməsinə nail olacağıq. Təbii ki, bu addımla biz birinci mərhələdə bütün məktəbləri avtobusla əhatə edə bilməyəcəyik. Lakin layihənin gedişindən asılı olaraq iş davam etdiriləcək".

Maraqlıdır, belə bir addımın atılmasının Azərbaycan üçün töhfələri nədən ibarət olacaq?

Təhsil eksperti Etibar Əlili Sputnik Azərbaycan-a açıqlamasında şagirdlərin qrup şəklində məktəbə çatdırılmasının fərdi şəkildə məktəbə çatdırılması ilə müqayisədə əhəmiyyətinin böyük olduğunu bildirib: "Bunu həm də sosiallaşma elementi kimi dəyərləndirmək mümkündür. Konkret bir zamanda uşaqların avtobusla götürülərək məktəbə aparılması həm də bir məsuliyyət anlayışını aşılayır. Şagirdlər biləcək ki, konkret zamanda hazır olmalıdırlar ki, avtobus gələndə o da yoldaşlarına qoşularaq gedə bilsin. Beləcə, həm də şagirdlərin məktəbə gecikməsinin qarşısını almaq mümkün olacaq".

Təhsildə bölünmə davam edir – Təmayülləşən məktəblərin sayı artır

"Etiraf edək ki, bu gün şəhərin mərkəzi yerlərində məktəblərlə əlaqədar olaraq müəyyən sıxlıq müşahidə olunur. Hər şagirdin bir maşınla məktəbə gətirilməsi bu sıxlığı yaradıb. Bu səbəbdən düşünürəm ki, belə bir layihənin icrası çox müsbət addım kimi dəyərləndirilməlidir", - deyə o əlavə edib.

Nəqliyyat eksperti Eldəniz Cəfər isə Sputnik Azərbaycan-a açıqlamasında bildirib yol infrastrukturunun qurulması zamanı bəzi nüansların nəzərə alınmaması böyük təhlükə yaradır. O, bu səbəbdən məktəblərin avtobusla təminatını müsbət addım kimi dəyərləndirib: "Bu həm sıxlığı aradan qaldıracaq, həm də təhsil üçün müəyyən effekt verəcək. Düşünürəm ki, belə avtobuslar Bakı şəhəri üçün heç bir problem yaratmayacaq. Bu addım uşaqlarımızın təhlükəsizliyi üçün atılan mühüm bir addımdır. Düşünürəm ki, çoxdan belə bir addımın atılmasına ehtiyac var idi. Bu səbəbdən də valideynləri də fəal olmağa səsləyirəm".

 

Xəbər lenti
0