19:59 02 Dekabr 2020
Canlı yayım
  • USD1.7000
  • RUB0.0274
  • EUR1.9035
ELM
Qısa URL
20 0 0

187 ümumi təhsil müəssisəsində 702 təmayül sinif təşkil olunub. Təmayül siniflərə 15 643 şagird cəlb olunub

BAKI, 15 yanvar — Sputnik. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində 2019-cu təqvim ilində təmayülləşmənin miqyası genişlənib. Bu barədə Sputnik Azərbaycan-a İdarədən məlumat verilib.

Xəbərdə bildirilir ki, 187 ümumi təhsil müəssisəsində 702 təmayül sinif təşkil olunub. Təmayül siniflərə 15 643 şagird cəlb olunub. Təmayül siniflər 8 istiqamət üzrə müəyyənləşdirilib. Onlardan 109-u texniki təmayüllü, 55-i riyaziyyat-iqtisadiyyat təmayüllü, 128-i humanitar təmayüllü, 9-u təbiət təmayüllü, 85-i texniki və riyaziyyat-iqtisadiyyat təmayüllü, 142-si texniki və təbiət təmayüllü, 169-u humanitar və riyaziyyat-iqtisadiyyat təmayüllü, 5-i isə peşə təmayüllü siniflərdir. Qeyd edək ki, ümumi təhsildə keyfiyyətə birbaşa təsir edən amillərdən biri də "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"nda da təsbit olunmuş tam orta təhsil səviyyəsində tədrisin təmayüllər üzrə təşkili məsələsidir. Şagirdlərin seçdikləri ixtisas istiqamətləri üzrə daha yüksək bilik və bacarıqlara yiyələnməsini təmin etmək məqsədilə son illər bu sahədə ciddi addımlar atılır, təhsilin təmayüllər üzrə təşkil olunduğu məktəblərin şəbəkəsi ardıcıl şəkildə genişləndirilir.

Əsas mövzular