SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

SSRİ üçün tövbə etdi - Zelenski nəyə imza atıb

© © Ukrainian Presidential Press Office via APUkrayna prezidenti Vladimir Zelenski
Ukrayna prezidenti Vladimir Zelenski - Sputnik Azərbaycan
Abunə olmaq
SSRİ-ni təcavüzdə günahlandırmaq üçün edilən hər bir cəhd avtomatik olaraq Ukraynanı müttəhimlərin sırasına daxil edir.

BAKI, 29 yanvar — Sputnik. Ukrayna Prezidenti Vladimir Zelenski Polşada olarkən SSRİ-ni İkinci Dünya Müharibəsinin günahkarlarından biri adlandırıb. O, həmçinin Auşvits həbs düşərgəsinin Jitomir və Lvov diviziyaları tərəfindən azad edildiyini də vurğulayıb. Zelenskinin rezonans doğuran bəyanatları hətta Polşa Prezidenti Andrjey Dudanın Kiyevə etdiyi təklifi kölgədə qoyub. Varşavanın qonşusundan nə almaq istədiyinə dair Anton Lisitsın yazır.

Qırğınların qəhrəmanı

Matəm tədbirlərinin ilk günündə Polşa prezidenti Auşvitsdəki mərasim iştirakçılarının düşərgələrdə, gettolarda və edam yerlərində həlak olmuş altı milyon yəhudinin hamısının xatirəsinə ehtiram etdiyini bildirib.

Trend İnformasiya agentliyinin direktor müavini, politoloq Arzu Nağıyev - Sputnik Azərbaycan
İran Ukrayna təyyarəsini niyə vurdu – politoloq danışır

O, bütün dünyaya müraciət edərək, Qırmızı Ordu və hətta həbs düşərgəsinin qurbanları arasında olan sovet hərbi əsirləri haqqında da xatırladıb. Yeri gəlmişkən, Parisdə çıxış edən Fransa Prezidenti Emmanuel Makron da Qırmızı Ordunun cəsur əsgərləri barədə də danışıb. Lakin Duda və Makronun ukraynalı həmkarı həbs düşərgəsində sağ qalanların önündə çıxış edərkən Qırmızı Ordunu xatırlatmayıb.

Elə ertəsi gün Polşa lideri də ritorikasını dəyişib. Ukrayna prezidentinə müraciət edərək o, Kiyev və Varşava üçün digər təmas nöqtələrini xatırlatmağı məqsədəuyğun hesab edib: "Cənab prezidentə 1920-ci ildə bolşevik hücumuna qarşı çıxmış polşalı və ukraynalı əsgərlərin xatirəsini birlikdə anmağı təklif etdim. Bir tərəfdən bolşeviklərə qarşı döyüşmüş polşalı əsgərlər – Pilsudskinin əsgərləri var ki, biz onların adını bəzən çəkmirik, digər tərəfdən də Petlyura və onun döyüşçüləri var idi."

Polşa prezidenti Simon Petlyuranı təsadüfən xatırlatmayıb. Bu tarixi personaj Varşava üçün çox əlverişlidir. 1918-ci ildə Qalisiya və Volında sonradan Polşa ordusu tərəfindən darmadağın edilmiş Qərbi Ukrayna Respublikası elan edildi. 1919-cu ilin yanvarında Qərbi Ukrayna Respublikası və Ukrayna Xalq Respublikasının direktoriyası "Zluka (birləşmə) Aktı"nı imzaladılar. Bu gün də rəsmi Kiyev həmin hadisənin ildönümünü qeyd edir – yanvarın 22-i Birləşmə Günü elan edilib.

Lakin həmin dövrdə hadisələr Ukrayna millətçiləri üçün kəskin şəkildə inkişaf etməyə başladı.

На месте крушения пассажирского лайнера Украины Boeing 737-800 - Sputnik Azərbaycan
İran etiraf etdi: “Ukrayna təyyarəsini səhvən vurmuşuq”

Ukrayna Xalq Respublikasının qoşunlarını Qırmızı Ordunun və Cənubi Rusiya Silahlı Qüvvələrinin (denikinçilərin) irəliləyən hissələri darmadağın edirdi. Belə bir şəraitdə Qərbi Ukrayna Respublikası "Zluka Aktı"nı pozdu və onun qoşunları ağların tərəfinə keçdi. Ukrayna Xalq Respublikasının direktoriyasının rəhbəri Petlyura isə Varşavanın Volın və Qalisiya üzərində hüquqlarını tanıdı. Ukraynada bu hələ də milli xəyanət hərəkəti kimi qiymətləndirilir.

Petlyura həyat yolunu olduqca simvolik başa vurdu. Ukrayna direktoriyasının keçmiş rəhbəri Parisdə mühacirətdə olarkən yəhudi poqromlarına görə ondan qisas alan Samuil Şvartsburd tərəfindən öldürüldü. Fransa məhkəməsi Şvartsburda bəraət verib.

Lakin Zelenski Duda tərəfindən təklif olunmuş bu qəhrəmana qarşı çıxmayıb və cavab nitqində Auşvitsin azad edilməsində Ukraynanın rolunu vurğulamağa çalışıb. O, Poltavanın yəhudi sakini Anatoli Şapironun rəhbərlik etdiyi 100-cü Lvov diviziyası və Birinci Ukrayna Cəbhəsinin 322-ci diviziyasının əsgərləri haqqında xatırladıb. Zelenski 100-cü Lvov və 322-ci diviziyanın əsgərlərinin birlikdə Auşvits hərbi düşərgəsini azad etdiklərini deyib.

Zelenskinin nitqini yazanlar elə düşünürlər ki, bu iki diviziya birbaşa Ukrayna ilə əlaqəlidir, lakin onlar Rusiyanın Qorki və Voloqda vilayətlərində yaradılmışdı.

Yeri gəlmişkən, "Osvensim əsirlərini azad etmiş ukraynalılar" ideyasının 2015-ci ildə Ukraynanın o zamankı baş naziri Arseniy Yatsenyuk irəli sürüb. "Yetmiş il əvvəl, Jitomir və Lvov döyüşçüləri Birinci Ukrayna Cəbhəsinin tərkibində İkinci Dünya Müharibəsinin ən dəhşətli düşərgələrindən birini – Auşvitsi nasistlərdən azad ediblər", - Yatsenyuk deyib.

O vaxt onu Polşanın Xarici İşlər naziri Qjeqoj Sxetına da dəstəkləyib. Mediaya verdiyi müsahibədə o, "həmin yanvar günü orada ukraynalı əsgərlər var idi, onlar düşərgənin qapılarını açıb düşərgəni azad ediblər" deyib.

Рукопожатие - Sputnik Azərbaycan
RUSİYA
Rusiya ilə Ukrayna müqavilə bağladılar

"Rejimlərin əlbirliyi"

Lakin ən çox rezonans doğuran Zelenskinin Lvov diviziyası barədə sözləri yox, onun İkinci Dünya Müharibəsinin başlaması səbəbləri haqqında dedikləri olub.

"Polşa və polşalılar totalitar rejimlərin əlbirliyini ilk olaraq hiss ediblər. Bu, müharibənin başlanmasına səbəb oldu və nasistlərə ölümcül Holokost çarxını işə salmağa imkan verdi", – Zelenski deyib.

Dudanın könlünü oxşamağa yönəlmiş bu cəhdin arxasında əslində Zelenskinin bir qədər əvvəl etdiyi çıxışdan qaynaqlanan qalmaqal dura bilər. Belə ki, "Sobornost" günündə Zelenski ölkəni təbrik edib və bildirib ki, vətəndaş müharibəsi zamanı "Qalisiya bölgəsinin böyük bir hissəsini Polşa qoşunları və Şimali Bukovinanı rumınlar tutublar, Transkarpatiya isə Çexoslovakiyanın əlinə keçib".

Varşava və Praqa Zelenskinin bu sözlərinə məhəl qoymayıblar. Buxarest isə izahat tələb edib. Ukraynanın Rumıniyadakı səfiri hər şeyi "səhv tərcümə və əsassız şərhlər" ilə əlaqələndirərək, bəyanatın "Şimali Bukovina rumınlar tərəfindən işğal edilib" kimi səsləndiyini deyib.

"Ortaq yaddaş" qadağandır

Патрульный катер типа İsland - Sputnik Azərbaycan
Ukrayna Hərbi Dəniz Qüvvələri ABŞ-dan hansı gəmiləri alır

Tarix elmləri namizədi Mixail Diunov hesab edir ki, Dudanın Zelenskiyə "tarixi dialoq" qurmaq təklifi "həm trollinq, həm də hiylədir".

"İkinci Dünya Müharibəsinin başlamasında SSRİ-nin günahkar olması barədə fikir irəli sürülürsə, dərhal sual yaranır: bəs Ukrayna o zaman kənarda durmuşdu? 1991-ci ildə Ukraynanın varisliyi haqqında qanun qəbul edilib. Bu qanun ölkənin müstəqilliyin təməllərindən biridir. Orada Ukraynanın Ukrayna SSR-nin və bütövlükdə SSRİ-nin hüquqi varisi olduğu çox açıq şəkildə göstərilir", – Diunov RİA Novosti-yə deyib.

Diunov qeyd edib ki, Varşavanın məntiqi ilə razılaşma Kiyevi qanunauyğun nəticəyə gətirib çıxara bilər: "SSRİ-ni təcavüzdə günahlandırmaq üçün edilən hər bir cəhd avtomatik olaraq Ukraynanı müttəhimlərin sırasına daxil edir. Əlbəttə ki, belə olan halda polşalıların olduqca məntiqli sualı ortaya çıxır: niyə ukraynalılar Qalisiyaya və Volına sahibdirlər və əgər bu ərazilər Almaniya ilə əlbirlik nəticəsində əldə edilibsə, onların geri dönməsi barədə düşünməyin vaxtı gəlib çatıb".

"Zelenskinin mövqeyi olduqca ardıcıldır. Rusiyada nədənsə inanırdılar ki, Ukraynada rəhbərliyin fərdi səviyyədə dəyişməsi siyasi kursun dəyişməsinə səbəb olacaq, amma bu baş vermədi", - Milli Strategiya İnstitutunun beynəlxalq proqramlar üzrə direktoru Yuri Solozobov deyir.

"Ukrayna öz tarixi mifini yaratmağı hədəfləyir – onun mərkəzində ukraynalılar durur. Poroşenkonun vaxtında qəbul edilən dekommunizasiya haqqında qanuna görə, Böyük Vətən Müharibəsi ilə bağlı "ortaq yaddaş" əslində qadağan edilir. Zelenski bu milliyyətçi diskursu davam etdirir – onun öz mənşəyi və şəxsi görüşləri buna təsir etmir. Ukraynanın öz dövlət ideologiyası var və bu gün kimin hakimiyyətdə olmasından asılı olmayaraq bu fəal şəkildə təbliğ olunur", – Solozobov əlavə edib.

Solozobov Varşavanın nə üçün Kiyevin ideologiyasını dəstəklədiyini izah edir: "Polşa özünü Ukraynanın vəkili adlandırırdı. Əslində isə Polşa Avropada 2014-cü il münaqişəsindən bəhrələnmiş yeganə ölkədir. İki yarım milyon ukraynalı Polşa iqtisadiyyatının çiçəklənməsi üçün çalışır. Bu hər iki tərəf üçün çox vacibdir. Buna görə də Zelenski Auşvitsdə polşalıların ondan istədiyi kimi danışdı", – ekspert RİA Novosti-yə deyib.

Xəbər lenti
0