İran etiraf etdi: “Ukrayna təyyarəsini səhvən vurmuşuq”

© Sputnik / Mazyar AsadiНа месте крушения пассажирского лайнера Украины Boeing 737-800
На месте крушения пассажирского лайнера Украины Boeing 737-800 - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvarın 8-də Ukrayna Beynəlxalq Hava Yollarına məxsus “Boeing” sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub

BAKI, 11 yanvar — Sputnik. İran bu gün səhər saatlarında Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus sərnişin təyyarəsini səhvən vurduğu etiraf edib. Sputnik Azərbaycan xəbər verir ki, artıq İran Prezidenti Həsən Ruhani və Xarici İşlər naziri Məhəmməd Cavad Zərif də bu gün paylaşdığı twitlərində bunu təsdiqləyiblər.

На месте крушения самолета в Иране - Sputnik Azərbaycan
Ukrayna 176 insanın həlak olduğu təyyarə qəzasının ilkin səbəbini açıqladı - VİDEO

Xatırladaq ki, yanvarın 8-də Ukraynanın Beynəlxalq Hava Yollarına məxsus “Boeing 737-800” sərnişin təyyarəsinin Tehranın İmam Xomeyni hava limanı yaxınlığında qəzaya uğramasına dair məlumat verilib. Hadisədə təyyarənin göyərtəsində olan 176 nəfərin hamısı həlak olub.

Lakin Xarici İşlər naziri Zərif bu gün paylaşdığı tvitində qeyd edib ki, silahlı qüvvələr tərəfindən aparılmış təhqiqat nəticəsində “Boeing” təyyarəsinin “insan səhvi” səbəbindən vurulduğu məlum olub. O, faciənin “ABŞ avantürizminin səbəb olduğu böhran” zamanı baş verdiyini deyib.

XİN rəhbəri həmçinin hadisə qurbanlarının ailələrindən üzr istəyib və onlara baş sağlığı verib.     

İran ordusunun yaydığı bəyanatda təyyarənin raketlə vurulduğu bildirilib. Ordunun dediyinə görə, hadisə təyyarənin İslam İnqilabı Keşikçiləri Korpusuna (Sepah) məxsus çox vacib hərbi obyektin yaxınlığında uçması zamanı baş verib.

İranda içində 180 sərnişin olan təyyarə qəzaya uğrayıb - VİDEO

İran Prezidenti Həsən Ruhani isə paylaşdığı tvitdə “bu böyük faciəni və bağışlanılmaz səhvi” araşdırmaq üçün təhqiqatların davam etdiyini bildirib.

Faciədə həlak olanların böyük bir hissəsi ikili vətəndaşlığı olan iranlılar olub. Həlak olanlar arasında həmçinin Kanada, Ukrayna, Böyük Britaniya və Almaniya vətəndaşları da var.

Xəbər lenti
0