Belə müttəfiqlə heç bir rəqibə ehtiyac yoxdur

CC BY 4.0 / Ukrainian Presidential Press Office / Президент Украины Владимир Зеленский во время рабочей поездки в Израиль
Президент Украины Владимир Зеленский во время рабочей поездки в Израиль - Sputnik Azərbaycan
Abunə olmaq
Ukrayna özünü məşhur qab-qacaq dükanındakı fil kimi aparan liderinin hərəkətləri ucbatından qalmaqalın mərkəzində olmağı bacaran yeganə ölkədir

BAKI, 28 yanvar — Sputnik, İrina Alksnis. Ukrayna Prezidenti Vladimir Zelenski Polşada Osvensim (Auşvits-Birkenay) ölüm düşərgəsinin azad edilməsinin 75 illiyinə həsr olunmuş tədbirlərdə iştirak edib və bu dəfə hər şeyin hamar getməsi üçün çox çalışıb.

Səhvi düzəltmək bu dəfə prinsipialdır, çünki keçən həftə Ukrayna liderində açıq-aşkar alınmadı. Hər şey Davos Dünya İqtisadi Forumundakı uğursuz çıxışı və Rumıniya ilə diplomatik anlaşılmazlıqla başladı və İsraildə tamamilə absurdla başa çatdı.

Auşvitsin azad edilməsinin hazırkı ildönümü Polşanın bir tərəfdən barrikadalar, digər tərəfdən İsrail və Rusiya arasında qaldığı münaqişənin bir hissəsinə çevrildi. Yerusəlimdəki xatirə tədbirləri Polşadakı tədbirlərdən daha təsirli təəssürat yaratdı.

Мемориальный комплекс истории Холокоста Яд ва-Шем - Sputnik Azərbaycan
TƏHLİL
Rusofobiya və antisemitizm artıq birləşirlər - ekspert

Ən mötəbər dövlətlər baş vermiş qarşıdurmaya öz münasibətlərini beynəlxalq aləmdə qəbul olunmuş səviyyədə - iştirakçıların statusuna görə bildirdilər. İsraildə Rusiya, Almaniya, Fransa, Böyük Britaniya və ABŞ ən yüksək və ən ali səviyyədə təmsil olunurdusa, Polşada hər şey daha mütəvazidir.

Eyni zamanda bəzi Şərqi Avropa dövlətləri, öz növbəsində Litva Varşavanın tərəfində olduğunu vurğuladı. Milli Seymin sədri bildirdi ki, öldürülmüş yəhudilərin xatirəsini ehtiramla yad etmək üçün onların öldürüldüyü yerə getmək daha yaxşıdır və Prezident Gitanas Nauseda da oraya gedib.

Baltik qonşularının seçimi ilə bağlı çox şey demək olar, lakin formal olaraq, onların hrəkətləri müxtəlif ölkələrin nümayəndələrinin belə vəziyyətlərdə istifadə etdikləri protokola və diplomatik dilin protokollarına uyğundur.

Ukrayna isə özünü məşhur qab-qacaq dükanındakı fil kimi aparan liderinin hərəkətləri ucbatından qalmaqalın mərkəzində olmağı bacaran yeganə ölkədir.

Bildiyiniz kimi, Vladimir Zelenski Holokost forumunda iştirak etmək üçün Yerusəlimə uçmuşdu, lakin birdən əsas tədbirə getməkdən imtina etdi. Heç bir izahat Ukrayna prezidentinin bununla təkcə tədbirin təşkilatçılarını deyil, həm də bu tədbirin həsr olunduğu insanları təhqir etdiyi faktını aradan qaldırmağa kömək etməz.

Buna paralel olaraq, Ukrayna tərəfi Vladimir Putinlə görüş istəyərək Vladimir Zelenskinin İsrailə gəlişinin əsl məqsədinin məhz bu olduğu təəssüratını yaratmağa çalışdı. Kiyev nümayəndələri kifayət qədər təkəbbürlə hesablamışdılar ki, ümumi konteksti və onların forumu ziyarəti ləğv etdiklərini nəzərə alaraq, Rusiya prezidentinin cədvəlində yer tapacaqlar.

BMT Təhlükəsizlik Şurasının iclası, arxiv şəkli - Sputnik Azərbaycan
Çin, Fransa və BMT Putinin təklifini dəstəklədilər

Ukrayna lideri İsraili heç nəyə nail olmadan tərk etməyə məcbur olub, üstəlik özünün və ölkənin reputasiyasına ciddi ləkə gətirib.

Hər şeydə təkcə Vladimir Zelenskini günahlandırmaq düzgün olmaz. Ukraynanın əvvəlki başçısı Pyotr Poroşenko da dəfələrlə beynəlxalq tədbirlərdə yersiz addımlara görə tənqid və istehza obyektinə çevrilmişdi.

Bu, Ukraynanın problemi kimi görünür.

Şübhəsiz ki, bu vəziyyətin səbəblərindən biri rəsmi Kiyevin o qədər də asan olmayan xarici siyasi ünsiyyət dillərini və sadəcə protokol qaydalarını dərindən bilməməsidir. Əslində, prezidentin nitqinin ingilis dilinə rəsmi tərcüməsini "səhv" təfsir etməyə imkan verən uğursuz bir feldən istifadə edilməsi səbəbindən Rumıniya ilə yeni bir qarşıdurmanın yaranması da bunun bir daha təsdiqidir.

Çox güman ki, Vladimir Zelenski Yerusəlim forumunda iştirakdan imtina etməklə diqqəti cəlb etmək istəyib və səmimi olaraq, bunun təmsil etdiyi ölkənin imicinə hansı ziyanı vuracağının fərqinə varmayıb.

Bundan əlavə, Kiyev hakimiyyəti üçün ən ağrılı məqam onun milli ambisiyaları ilə mövcud potensialının ziddiyyət təşkil etməsidir. Ukrayna hər yerdə başda Rusiya, İsrail və ya Polşa olmaqla digər ölkələrin daha böyük imkanlarının təzahürü ilə qarşılaşır. Kiyev anlaya bilmir ki, niyə Polşa prezidentinin Yerusəlimə getməkdən imtina etməsi qalmaqallı olmasına baxmayaraq, bir siyasi demarş, Zelenskinin daha yumşaq hərəkəti isə utancverici absurd kimi qəbul edilir.

Министр иностранных дел России Сергей Лавров во время переговоров с министром иностранных дел Узбекистана в Ташкенте - Sputnik Azərbaycan
RUSİYA
Xarici işlər naziri göz yaşlarını saxlaya bilmədi - VİDEO

Ukrayna heç bir şəkildə anlaya və razılaşa bilmir ki, onun yeri müstəqil oyun oynayan (və yaxud bunu bacaran) qlobal və regional güclərin yanında yox, Vaşinqtondan və ya Brüsseldən komanda gözləyən üçüncü dərəcəli Şərqi Avropa dövlətləri qrupundadır. O qrupda ki, onlar yalnız Qərbdən "düz otur" və "sakit ol" əmrini alırlar.

Beynəlxalq utancın böyük bir hissəsi də budur. Özünü mümkün qədər yüksək səslə elan etməyə çalışan milli rəhbərlik qəbul edilmiş qaydalara, protokola və hətta sağlam fikrə əhəmiyyət vermədən hərəkət edir. Bununla yanaşı, Ukrayna yeni bir marginallaşdırma dövrünə qədəm qoyur və onun "barbar ölkə" imici möhkəmlənir. Bu isə sadəcə "layiqli evlərə buraxılmamaq" üçün əsas səbəbdir.

Daha pisi də odur ki, bu, Ukraynanı dəstəkləyənlərin qrupunun fəaliyyətinə də kölgə salır. Nəticədə, Kiyevin söz və hərəkətlərdə özünü birbaşa göstərməkdən uzaqlaşdırma prosesi sürətlə gedir.

Beləliklə, Vladimir Zelenskinin Polşa tədbirlərində layiqli və adekvat iştirakı Varşavaya xal gətirmək əvəzinə, onun xallarını azaldacaq, baxmayaraq ki, Ukraynanı orada ən yüksək vəzifəli şəxs təmsil edib.

Xəbər lenti
0