CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kirayə evlər nə zaman satışa çıxarılacaq?

© Sputnik / Anton Denisov / Mediabanka keçidДом для переселения, фото из архива
Дом для переселения, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanda kirayə mənzil mexanizmi ilə satılacaq mənzillərin aylıq minimal ödənişləri Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 28 yanvar — Sputnik. Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə 22 yanvar 2020-ci il tarixində başlanmış elektron müraciətlərin qəbulu prosesində "Elektron hökumət" portalına istifadəçi daxilolmalarının və aparılan əməliyyatların sayının kütləvi xarakter daşıması və digər texniki səbəblərdən portal artıq yüklənməyə məruz qalıb. Artıq bir müddət keçsə də, problemin həlli və kirayə evlərin satış tarixinin nə zaman elan olunacağı ilə bağlı heç bir məlumat verilmir.

Мужчина осматривает новую квартиру - Sputnik Azərbaycan
YAZARLAR
Avazları yaxşı gəlirdi, amma oxuduqları bu dəfə də Quran olmadı - Suya düşmüş xəyallar

Sputnik Azərbaycan İpoteka və Kredit Zəmanət Fondu ilə əlaqə saxlayaraq məsələyə aydınlıq gətirməyə çalışıb. Fonddan isə bildirilib ki, hələ ki, texniki problem həllini tapmayıb. Bu səbəbdən satış tarixi bəlli deyil: "Satış tarixi ilə bağlı rəsmi məlumat açıqlanacaq. Yalnız bundan sonra, yəni həmin gündən bir neçə gün öncə biz satış tarixi ilə bağlı məlumat yayacağıq".

Azərbaycanda kirayə mənzil mexanizmi ilə satılacaq mənzillərin aylıq minimal ödənişləri Bakıda 411 manatdan, Xırdalanda 333 manatdan, Sumqayıtda isə 297 manatdan başlayacaq.

Xatırladaq ki, ötən ilin yanvarın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Yaşayış sahələrini satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizminin yaradılması" haqqında Fərman imzalayıb. Qaydalara əsasən, aylıq ödənişin tərkibinə yaşayış sahəsinin və fondun vəsaitlərini cəlbetmə dəyəri, ayrılan ehtiyatlar, fondun yaşayış sahəsini saxlaması, sığortalaması və idarəetməsi ilə bağlı xərclər daxildir. Bu layihənin əsas özəlliyi isə əlavə faizin olmamasından ibarətdir. Lakin şəxs ödənişini edə bilmədikdə bu ev ondan alınacaq və öncədən ödədiyi vəsaitlər geri qaytarılmayacaq.

Xəbər lenti
0