CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Xalis amerikalı Mamedlər": ABŞ-da yeni qaydalar onların sayını azalda bilər

© Sputnik / Vera Golosova / Mediabanka keçidДевушка в шляпе Статуи Свободы на фоне Нью-Йорка
Девушка в шляпе Статуи Свободы на фоне Нью-Йорка - Sputnik Azərbaycan
Abunə olmaq
Donald Trampın ləğv etmək istədiyi qanuna görə, hazırda ölkənin ərazisində doğulan bütün uşaqlar, valideynləri amerikalı olmasalar belə, avtomatik şəkildə ABŞ vətəndaşı olurlar

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 24 yanvar — Sputnik. ABŞ işgüzar məqsədli vizaları sərtləşdirir. Buna səbəb turist kimi ölkəyə gəlib uşaq dünyaya gətirərək vətəndaşlıq alanların qarşısını almaqdır.

Виза в паспорте гражданина Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Dünya azərbaycanlılarına tarixi vətənlərində yaşıl işıq - Sözdə yox, işdə həmrəylik

Sputnik Azərbaycan ABŞ-ın işgüzar turizm vizası ilə bağlı yeni məhdudiyyətinin Azərbaycana təsirini araşdırıb.

Qeyd edək ki, son illər Amerikada uşaq dünyaya gətirərək vətəndaşlıq alanların sayında artım var. Hətta iki il öncə ABŞ Prezidenti Donald Tramp ABŞ-da doğulan, ancaq valideynləri Amerika vətəndaşı olmayan uşaqlara vətəndaşlıq verilməyəcəyi barədə sərt çıxış etmişdi. Həmin ərəfədə prezident ölkə ərazisində doğulan miqrant uşaqlarına ABŞ vətəndaşlığı verilməsi ilə bağlı qanunu ləğv edəcəyini açıqlamışdı: "Biz dünyada yeganə ölkəyik ki, insanlar gəlir, burada uşaq dünyaya gətirirlər və bu körpə ABŞ vətəndaşı olur. Bu gülüncdür və buna son qoymaq lazımdır".

Onun ləğv etmək istədiyi qanuna görə, hazırda ölkənin ərazisində doğulan bütün uşaqlar, valideynləri amerikalı olmasalar belə, avtomatik şəkildə ABŞ vətəndaşı olurlar.

Miqrasiya məsələləri üzrə ekspert Azər Allahverənov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ABŞ-a işgüzar turizm vizası ilə gedənlərin sayı son illər sürətlə çoxalır. A.Allahverənov Azərbaycandan da ABŞ-da uşaq dünyaya gətirib vətəndaşlıq alanların sayının artdığını söyləyir. Ekspert deyir ki, elə ABŞ-ın işgüzar turizm vizası qaydalarını sərtləşdirməsi də son illər müşahidə olunan axınla bağlıdır:

"Amerika hökuməti miqrantlardan yaxa qurtarmaq üçün qaydaları sərtləşdirmək niyyətindədir. ABŞ-da vətəndaşlıq alanların çoxu işgüzar turizm vizasından istifadə edənlərdir. Qaydalara görə, ABŞ-da kiçik biznes quran şəxs iki il müddətində bu ölkədə yaşamaq hüququ əldə edir. Ola bilər ki, bu iki il ərzində həmin ailədə uşaq dünyaya gəlsin. Bu zaman həmin uşaq avtomatik ABŞ vətəndaşlığı alır".

Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin sədri Nahid Bağırov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ABŞ bir neçə ildir ki, işgüzar məqsədli viza qaydalarını sərtləşdirməyə hazırlaşır: "ABŞ Prezidenti Tramp bununla bağlı dəfələrlə sərt açıqlama verib. Ümumiyyətlə, ABŞ miqrantlara vətəndaşlıq vermək istəmir. ABŞ-ın bu qərarı ən çox işgüzar viza alan ölkələrə təsir edəcək. Azərbaycandan da ABŞ-a işgüzar viza ilə gedənlər olsa da, bu rəqəm o qədər də çox deyil. Ən çoxu 50-60 nəfər təşkil edə bilər. Amma imkanlı şəxslər arasında Amerikaya gedib doğuş edənlər az deyil. Onlar bunu övladlarının Amerika vətəndaşı olması üçün edirlər".

Xəbər lenti
0