Dünya azərbaycanlılarına tarixi vətənlərində yaşıl işıq - Sözdə yox, işdə həmrəylik

© Sputnik / Murad OrujovВиза в паспорте гражданина Азербайджана, фото из архива
Виза в паспорте гражданина Азербайджана, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında" yeni qanun dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılara öz tarixi vətənlərində bir sıra güzəştlər tanıyacaq.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. "Xaricdə yaşayan soydaşlar və diaspor təşkilatı haqqında" yeni qanun layihəsində müxtəlif ölkələrdə yaşayan soydaşlarımız üçün bir sıra üstünlüklər nəzərdə tutulur. Bu qanun layihəsinə görə, xaricdə yaşayan soydaşlarımıza ''soydaş vəsiqəsi''nin verilməsi nəzərdə tutulur. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu barədə Diasporla iş üzrə dövlət komitəsinin insan resursları, hüquq və sənədlərlə iş şöbəsinin müdir müavini Şahin Camalov məlumat verib.

Государственный комитет по работе с диаспорскими организациями АР - Sputnik Azərbaycan
SİYASƏT
Diasporla İş üzrə Dövlət Komitəsi yeni layihənin icrasına başlayıb

O bildirib ki, bu vəsiqə ilə xaricdə yaşayan azərbaycanlılar bir çox güzəştlərdən yararlana biləcəklər. Güzəştlər arasında işçi vizası olmadan Azərbaycan ərazisində əmək müqaviləsi ilə çalışmaq hüququnun verilməsi də nəzərdə tutulub.

Hələlik vətəndaşlığı olmayan azərbaycanlılar Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmaq istədikdə, mütləq işçi vizası almalı olurlar. Lakin yeni qanun layihəsi onları bu vizadan azad etməyi nəzərdə tutur. Qanun layihəsində bununla yanaşı, xaricdə yaşayan soydaşlarımızın Azərbaycanda ödənişsiz ali təhsil ala bilməsi hüququ da nəzərdə tutulub. Gələcəkdə layihəyə bir sıra iqtisadi və vergi güzəştlərin əlavə olunması məsələsinə də baxılacaq.

Maraqlıdır, bu qanun layihəsi ilə başqa hansı problemlər həllini tapacaq? Millət vəkili Tahir Kərimli Sputnik Azərbaycan-a qanun layihəsini şərh edərkən deyib ki, onun qəbulu bir sıra problemlərin həllinə kömək edəcək:

"Bizim tarixən bölünən torpaqlarımız, Gürcüstan, Rusiya, Avropa və dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımız var. Onlar arasında statusu ayrı olanlar, yaşadığı cəmiyyətə inteqrasiya olunanlar, yaşadığı ölkədə vətəndaşlıq alanlar və almayanlar da var. Azərbaycanda ikili və çoxvətəndaşlıq qəbul olunmadığı üçün soydaş vəsiqəsinin verilməsi zəruridir. Bu, həm onlara Azərbaycanın himayəsindən istifadə etməyə, həm də onlar üçün hüquqi əsasların yaradılmasına səbəb ola bilər".

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkın - Sputnik Azərbaycan
Azərbaycanlı diaspora nümayəndəsi Ali Məhkəməyə müraciət edib

Tahir Kərimlinin sözlərinə görə, bu qanun layihəsi dəfələrlə müzakirə olunub. Çünki belə qanunların hazırlanması heç də asan başa gəlmir. "Müzakirələr zamanı bəziləri deyir ki, ancaq diaspor üzvi olan soydaşlarımız nəzərə alınsın, bəziləri isə deyir ki, bu status təkcə Azərbaycan ərazisindən köçüb gedənlərə verilsin. Düşünürəm ki, bu qanun layihəsinin hələ müzakirəyə ehtiyacı olacaq", - deyə deputat əlavə edib.

O bildirib ki, Dağıstanda yaşayan azərbaycanlılarla bağlı təkcə ölkəmizin mənafeyi deyil, eyni zamanda Rusiya və Azərbaycan dövlətlərinin qarşılıqlı hüquqi yardıma dair münasibətləri də nəzərə alınacaq: "Güman edirəm ki, yeni parlament bu qanunu qəbul edər. Bu qanun layihəsinin qəbulu, Gürcüstan və digər ölkələrdə yaşayan soydaşlarımıza üstünlüklərin verilməsi onların bir sıra problemlərini aradan qaldıracaq".

Deputatın fikrincə, burada əsas çətinlik soydaşlarımızın yaşadığı hüquqi dövlətlərlə Azərbaycanın münasibətlərinin müxtəlif cür olması ilə bağlıdır. Bununla yanaşı, o düşünür ki, Azərbaycan tərəfi tarixən ölkə ərazisini tərk edən hər kəsə belə bir vəsiqəni verə bilər.

Məhdudiyyətlərə gəlincə, millət vəkili hesab edir ki, onlar yalnız hüquqi təqib altında olan şəxslərə tətbiq olunacaq. Lakin hüquqi təqib altında olmayan şəxslər, siyasi statuslarından asılı olmayaraq, bu vəsiqəni ala biləcək.

Xəbər lenti
0