CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Qurğu var, kitab yoxdur – Biz niyə inkişaf etmək istəmirik

© Sputnik / Valery Melnikov / Mediabanka keçidПрезентация электронных учебников, фото из архива
Презентация электронных учебников, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Kitab azlığı oxucunu “bukrider”dən uzaqlaşdırır, amma texnologiya ilə tanışlığın olmaması da əslində ölkədə texnoloji proseslərə olan marağın azlığının göstəricisidir

BAKI, 23 yanvar — Sputnik. İnsanlar şərti olaraq iki yerə bölünür: kitab oxuyanlar və oxumayanlara. Bu bölüm nə qədər şərti olsa da, amma artıq əlinə kitab almayanların sayı da kifayət qədər böyükdür. Əgər bir zamanlar kitab bilik əldə etməyin yeganə yolu idisə, hazırda informasiyanı onlarla kanal vasitəsilə əldə etmək olar. Üstəlik, psixoloqlar da insanları vizual, audial, kinestet və digital kimi qruplara bölürlər. Yəni məlumatı görüntülü, səs, duyğu və məntiqlə qəbul edənlərə.

Мобильный телефон в кармане брюк, фото из архива - Sputnik Azərbaycan
Yeniyetmələrin böyük bir hissəsi smartfon asılılığından əziyyət çəkir

Məsələn, görüntünü sevən kitab oxumaz, bədii və ya sənədli filmə baxar, yutubda süjet izləyər. Kitab oxuyanlar isə həmin bu digitallardır, hər məsələyə bir əsaslı yanaşmaları var. Səs sevənlər daha çox müəllimlə məşğul olmağa üstünlük verər, ya da səsli kitab dinləyərlər. Məlumatı duyğu ilə qəbul edənlər adətən sənət adamları, aktyorlar olar. Yəni kitab oxumaqdansa, yalnız biliyi duyğu və estetik səviyyədə əldə edərlər. Toxunmaqla, prosesi daxilən duymaqla.

Dövrümüzdə informasiya kanalları artdığı, seçim imkanları çoxaldığı üçün hərə bir yolla bilik əldə etməyə çalışır. Amma bu gün həm də forma baxımdan da çox şey dəyişir. Ənənəvi kitab oxumaq da bir növ sıradan çıxır. Dünyanın bir çox yerində artıq kitab oxumaq üçün dükana getməyə ehtiyac qalmayıb, kitabı əvəzləyən qurğular əmələ gəlib. Bəs Azərbaycanda kitabı necə oxuyuruq?

Nədənsə azərbaycanlı tələbə ekrandan oxumağı sağlamlıq üçün ziyanlı hesab edir

Bir müddət öncə Azərbaycan Dillər Universitetinin (ADU) tələbələri arasında keçirilən “Elektron yoxsa ənənəvi kitab oxuyuruq” sorğusu maraqlı faktları ortaya qoyub. Sorğuda 5 qadın, 7 kişi olmaqla iştirak edən 12 nəfərdən yalnız ikisi kitabı elektron formatda oxuduğunu boynuna alıb. 18-22 yaş həddində olan gənclər əsasən ənənəvi kitabı oxumağa üstünlük veriblər. Elektron versiyadan imtina edənlər isə daha çox sağlamlığa zərərli olduğunu düşünənlər olub. Özü də sorğu heç bir tələbənin “bukrider” (“e-book reader”), yəni kitabı sağlamlıq üçün təhlükəsiz oxumağa imkan verən qurğudan xəbərdar olmadığını aşkarlayıb. Yəni elektron kitaba üstünlük verənlər də onu ya telefon, ya da kompüterdən oxuyurlar.

Gənclərin kitab oxumaq həvəsinin olması, hətta ənənəvi kitaba üstünlük verməsi bəyəniləndir. Ənənəvi kitabın üstünlüyü az deyil. Vərəqlə birbaşa kontakt, kitabın qoxusu, rəngarəng şəkilləri olan kitabları almaq və kitabxanada toplamaq bir çoxunu cəlb edir. Alimlər də kağız kitabların daha yaxşı yaddaşda həkk olunduğunu qeyd edirlər, çünki prosesdə daha çox duyğu iştirak edir.

Yazıçı Reyhan Şıxlinskaya - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Azərbaycanlı yazıçının əsəri Ukraynanın elektron kitabxanasına daxil edilib

Təəccüb doğuran başqa amildir. Xarici dili mənimsəyərək dünyanın ən böyük məlumat resurslarına internetlə daxil olmaq imkanı əldə etmişik. Müxtəlif qurğuların vasitəsilə istənilən informasiyanı yerində əldə edə bilərik, həmçinin dünya xəzinəsinə daxil olan ədəbiyyatı internetdən çəkə bilərik. Amma nədənsə azərbaycanlı tələbə ekrandan oxumağı sağlamlıq üçün ziyanlı hesab edir.

Elektron kitab bir növ həyatımı dəyişdi

Elektron kitab və ya “bukrider” adlanan qurğu barədə haradasa 10 il öncə eşitmişdim. Adi kitablara evdə yer tapmayan, bağdakı qarajı belə kitabla dolduran birisi kimi yaddaşında on minlərlə kitabı daşımaq imkanı olan bir qurğuya maraq göstərməyim tam təbii idi. Çantada kitab gəzdirmək, nəqliyyatda bir əllə tutacaqdan tutaraq digər əllə kitaba zillənmək olduqca çətin görünürdü. Bu qurğu barədə hər bir məlumatı əldə etsəm də, hələ Bakıya bu texnologiya gəlib çatmamışdı. Səhv etmirəmsə, ilk dəfə 2011-ci ildə möhtəşəm bir “bukrider”in 300 manata, yəni o dövrün kursu ilə 400 dollara satışa çıxarıldığını gördüm. Qurğunu aldım, bu elektron kitab bir növ həyatımı dəyişdi. Daha kitab dükanlarında, tozlu kitabxanalarda zaman keçirməyə ehtiyac qalmadı.

Hətta 2012-ci ildə “Cib kitabxanası – “bukrider” adlı yazım jurnalist müsabiqəsində birinci yerə layiq görüldü. Yeni texnologiya idi, hamıya da maraqlı. Hətta metroda tez-tez cavanlar yaxınlaşıb soruşurdular. Bu nədir? Necə idarə olunur? Üstün cəhəti nədir?

O dövrdən özümə daha 3 bukrider almışdım, biri qırılıb, digərləri işləkdir.

Bir kiçik qurğuda böyük bir kitabxananı gəzdirmək olar

Elektron mürəkkəb və elektron kağız texnologiyası üzərində qurulmuş bu elektron kitab, əslində, tam olaraq kağız kitabı xatırladır. Göz üçün heç bir ziyanı yoxdur, bir dəfə əlinə aldınsa, artıq qiymətini anlayacaqsan. Adi kitab necədirsə, bu da o cür. Sadəcə vərəqləmək və ya qoxusunu duymaq olmur, amma üstünlüyü də çoxdur. Bir kiçik qurğuda sözün əsil mənasında böyük bir kitabxananı gəzdirmək olar. 

Beyin - Sputnik Azərbaycan
SƏHİYYƏ
Kompüter oyunlarının uşaqlara vurduğu daha bir zərbənin üstü açılıb
Ekran işıq saçmır, qaranlıq yerdə hazırkı “bukrider”lərdə işıqlandırmadan istifadə etmək olar. Böyük mənada elə adi kağızdır. Amma həm də zərifdir, çünki ekranı son dərəcə zərifdir, yerə saldınsa, çatlaya bilər.

Elektron kitabın hazırda onlarla istehsalçısı var. Xaricdən də sifariş etmək olar, elə Bakıda da müxtəlif istehsalçıların malları var. Rahat və əlçatandır. Bəs nə səbəbdən bu texnologiya Azərbaycanda elə də populyar olmadı? Niyə 50-80 dollara başa gələ bilən bir qurğu satışda ola-ola universitet tələbələri hələ də elektron formatda kitab oxumağın sağlamlığa ziyan olduğunu düşünürlər?

Uyğun formatda kitab əldə etmək çox çətindir

Teologiya mükəmməl olsa da, onun kontent problemi hələ də Azərbaycan üçün problem olaraq qalmaqdadır. Yəni dediyimiz elektron qurğuya axı ana dilində olan kitabları yükləmək lazımdır. Kitab isə faktiki yoxdur, yəni nə qədərsə kitab tapmaq olar, amma müasir tələbə cavab verən, uyğun formatda kitab əldə etmək çox çətindir. Adətən kitabların çoxu da şəkil formatında skan edilmiş formada kitabxanaya yerləşdirilir. Yəni gəncləri maraqlandıra bilən nəsə tapmaq çox çətindir. Hətta dövlət proqramı ilə çap edilən kitabların elektron versiyalarını əldə etmək asan deyil. 

Müasir dövrdə rahatlıq anlayışı olduqca əhəmiyyətlidir. Deyək, bu “bukrider”i əldə etmişəm, bəs sonra nə olsun? Kitabı haradan yükləyək? Bəlkə təklif olunan kitablar marağa uyğun deyil? Bəs lazım olan kitabı necə əldə edək? Hətta pulla belə istəsək, çətin tapa bilək. Dünyanın elektron bazarında hər cür imkan var, havayı kitablar, pulla satılanlar, hətta bir hissəsi havayı təklif edilib sonra satışa çıxarılanlar. Əsas məsələ məhsulun olmasıdır.

Kitab azlığı oxucunu “bukrider”dən uzaqlaşdırır, amma texnologiya ilə tanışlığın olmaması da əslində ölkədə texnoloji proseslərə olan marağın azlığının göstəricisidir. Universitet tələbəsinin smartfonu var, o onunla oyun oynamağı, sosial mediada şəkil paylaşmağı çox sevir. Evdə noutbuku da var, axşamlar internetdə bir film tapıb baxar, ya da xoşladığı proqramda vaxtını keçirdər, amma ümumən texnoloji proseslərdən uzaq durar. 

Kompüter virusu - Sputnik Azərbaycan
Kompüterlərin qəniminin adı açıqlandı — Siz də diqqətli olun
Texnoloji xəbərlər ölkədə ən az maraq doğuran kateqoriyaya aid edilir. Bir çox media qurumların mədəniyyət müxbiri olar, amma texnologiyadan yazan jurnalisti olmaz. Bu işi kiminsə boynuna qoyarlar, o da bir yeni telefon barədə xəbər tapıb tərcümə edər. Siyasi icmalçılar, iqtisadçı ekspertlər yüzlərcədir, amma 1-2 texnoloji analitik tapılmaz. 

Orta və ali təhsildə texnologiya üzrə fənn yoxdur. Yalnız ümumi informatikadan bir az danışarlar. Yəni kompüteri olmayan məktəbdə kompüterin üstünlüklərindən bəhs edilər.  Nəticədə universitet tələbəsi elektron kitabın sağlamlığa ziyan vurduğunu iddia edər.

Dünyaya inteqrasiya sadə işlərdən başlayır əslində. Texnologiya varsa, deməli, buna uyğun kontent də olmalı, məlumatlandırma da aparılmalıdır. Bəzən yenilik haradasa bərqərar olunca, əhəmiyyətini də itirir. Sabah daha mükəmməl qurğular güşünüləcək. Onların varlığından xəbər tutacayıqmı? Elektron kitabdan necə xəbər tutmuşuqsa, onlardan da o cür biləcəyik.

Xəbər lenti
0