CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakıda tapılan yeraltı hamam bərpa edilib

© Sputnik / Irade JELILKöhnə hamam
Köhnə hamam - Sputnik Azərbaycan
Abunə olmaq
Ə.Ələkbərov bütün görülən işlərlə yanaşı, turizmin inkişaf etdirilməsinin İdarənin əsas fəaliyyətinin mühüm istiqamətlərindən biri olduğunu qeyd etdi

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 23 yanvar — Sputnik. "İl ərzində Qoruq ərazisində 104 ünvanda İdarə tərəfindən cari təmir və bərpa işləri aparılıb. 220 m2 çəmən salınıb, 8950 ədəd müxtəlif növ mövsümü güllər əkilib, 165 p/m su xətti, 330 p/m elektrik xətti yuvaları quraşdırılıb, 9 ədəd su hidrantları və 1738 m2 yol örtüyü dəyişdirilib"

İçərişəhərdə 17-ci əsrə aid tarixi hamam əvvəlki görünüşünə qaytarılır  - Sputnik Azərbaycan
VİDEO
İçərişəhərdə 17-ci əsrə aid tarixi hamam əvvəlki görünüşünə qaytarılır

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov ötən ilin yekunlarına həsr olunan mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Böyük Qala küçəsi 44, 46, 48, 50 ünvanında yerləşən XVII-XVIII əsrlərə aid Bakı Xanları Evində həyata keçirilən təmir-bərpa işləri davam etdirilir və cari ilin ortalarına kimi bitməsi nəzərdə tutulub. Eyni zamanda, Bakı Xanları Evinin yanında parkın salınması məqsədi ilə iri ağacların əkilməsi işləri tamamlanıb və hazırda bəzək kollarının və yaşıllığının salınması istiqamətində işlər davam etdirilir.

"Böyük Qala küçəsi 44, 46, 48 və 50 ünvanlarında aparılan işlərin tərkib hissəsi olan Böyük Qala küçəsi 50 ünvanında arxeoloji qazıntı vaxtı aşkarlanmış orta əsrlərə aid yeraltı hamam kompleksinin bərpa, rekonstruksiya və konservasiya işləri yekunlaşıb. Qoşa Qala qapı və divarlarının (portal) daxili və xarici hissələrində, həmçinin Qala divarının Qoşa Qala qapısından Əziz Əliyev küçəsinə gedən hissəsinin daxili tərəfində təmir-bərpa işləri başa çatdırılıb", - deyə Ələkbərov vurğulayıb.

Balaxanıda tapılmış hamam tariximizin bir sıra məqamlarını "təmizə çıxaracaq"

O qeyd edib ki, qeyd olunan layihələr tarixi abidələrin bərpası sahəsində dünyada tanınmış Avstriyanın "Atelier Erich Pummer" şirkəti tərəfindən həyata keçirilib.

Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən kafe və restoranların təmiri həyata keçirilib.

Xəbər lenti
0